İran

Külürdə koronavirusa yoluxanların sayı artıb

Külürdə koronavirusa yoluxanların sayı artıb. Belə ki, son günlər əhalinin başqa bölgələrə səfər etməsi Xalxalın Külür şəhərində də epidemioloji durumun ağırlaşmasına səbəb olub. Hazırda şəhər qırmızı məntəqə hesab edilir. Koronavirusun cəhiş tapmış yeni növünə yoluxmalarda da artım qeydə alınıb. Rəsmi amarlara əsasən, Ərdəbil əyalətində koronavirusun Britaniya növünə yoluxmuş 20 nəfərdən 8-i Külürün payına düşür. Xalxal mərizxanasının rəisi Dr.Nazeri məsələni belə şərh edib:
“Koronavirusla bağlı son durumu nəzərə alaraq, hazırda tibb işçilərinin vaksinasiyonu aparılır. Gələn mərhələdə isə bələdiyyə xidməti alanlarında çalışan şəxslərin vaksinasiyonuna başlanılacaq. Habelə qısa müddətdə sürəkli mərizlikdən əziyyət çəkənlərin də vaksinasiyonu həyata keçiriləcək”.

Related Articles

Bir cavab yazın

Back to top button