Azərbaycan

Quraqlıq Ərdəbilin kənd təsərrüfatına ziyan vurub

Əyalətdə quraqlığın davam etməsi və yağıntıların azalması kənd təsərrüfatı sahəsini ağır duruma salıb.

Ərdəbil əyalətinin Kənd Təsərrüfatı İdarəsinin başçısı Xəlil Nikşad əyalətdə quraqlığın davam etməsi və yağıntılarının azalmasının kənd təsərrüfatı sahəsinin ağır duruma düşməsinə səbəb olduğunu deyib.

Onun sözlərinə görə, payız aylarında yağan yağış miqdarı ötən ilin oxşar dövrü ilə müqayisədə 40% azaldığı səbəbindən əkinçilər çətinliklərlə üzləşiblər.

Nikşad son bir neçə ildir davam edən quraqlıq, yağıntı azlığı və temperaturun yüksəlməs nəticəsində əyalətin şimal və mərkəzi bölgələrində geniş əkin sahələrinin ciddi xəarətlərə məruz qaldığını söyləyib.

Qeyd edək ki, Ərdəbil əyaləti ərazisinə görə ölkənin 1%-i təşkil etməsinə baxmayaraq, illik 4.5 milyon ton kənd təsərrüfatı istehsal etməklə İranın bu sahəyə olan tələbatının 4%-i təmin edir.

əyalətin 750 min hektar əkin və kənd təsərrüfatı sahəsində istifadə olunan ərazisinin 40 min hektarı bağ, 225 min hektarı sulu əkin və 480 min hektar ərazisi isə dəmyə əkin sahələrindən ibarətdir.

Əyalət bir sıra kənd təsərrüfatı məhsullarının istehsalına görə, İran üzrə birinci yerdən yerdən yeddinci yerə kimi göstəricilərə malikdir.

Related Articles

Bir cavab yazın

Back to top button