Dünya

Suriyada Amerikanın hərbi bazası raket atəşinə tutulub

Suriyanın Deyr əz-Zor vilayətinin quzeyində yerləşən Amerika nizami payqahına bir neçə raket düşüb. Belə ki, atəşə tutulan payqah Əl-Ömər nəft yatağının yaxınlığında yerləşir. Olayla ilgili “Əl-Həddat” televizyon kanalı bilgi yayıb.
Xatırladaq ki, 19 aqustda Deyr əz-Zordakı Konoko yatağı ərazisindəki Amerika payqahı da minaatan atəşinə tutulub. Ölkə nizamiləri sıralarındakı itkilər barədə məlumat verilməyib.
2015-ci ildən indiyədək Amerika Suriyanın quzey-doğu ərazisində doqquz nizami payqah qurub. Bunlardan dördü Deyr əz-Zordakı nəft yataqlarının yaxınlığında, beşi isə qonşu Hasek vilayətindədir.

Related Articles

Bir cavab yazın

Back to top button