İran

Təbrizli millət vəkili Qarabağın azadlığını təbrik edib

Təbrizli millət vəkili Qarabağın işğaldan azad edilməsinin ildönümü münasibətilə təbrik mesajı yayıb.

Təbriz şəhərindən İran məclisində seçilmiş millət vəkili Azərbaycanın Zəfər bayramını təbrik edib.

Əhməd Əlirzabeygi şəxsi Tuiter hesabında etdiyi paylaşımda Qarabağın işğaldan azad edilməsi və Zəfər bayramı münasibətilə təbriklərini çatdırıb.

“Qarabağın azadlığının ildönümü və bu böyük bayram münasibətilə Azərbaycandakı bacı-qardaşlarımı təbrik edirəm”.

Millət vəkili habelə yazıb: “İran öz qonşuları arasında ən çox Azərbaycanla ortaq dəyərlərə sahibdir. Düşmənlər bu imkanı böhrana çevirməyə çalışırlar. Ancaq iki ölkə millətinin qarşılıqlı və ürəkdən gələn bağlılığı onları məyus edəcək”.

Bildirməliyik ki, Təbriz vəkilinin iddiasını əsas götürəriksə, Birincisi İran milləti adlı deyə bir xalq yoxdur , əslində İran millətləri vardır , əlavə olaraq Azərbaycan cumhurisinin milləti, İranla yox, Güney Azərbaycanlılarla bir millət sayılır. Əlirzabeyginin adlandırdığı düşmənlərin ən birincisi isə Fars qulluqçuları o cümlədən Əyalət mollası eyid Həsən Amili və ona tay şəxslər olub.

Related Articles

Bir cavab yazın

Back to top button