Azərbaycanİran

Güneyli siyasi məhbuslardan zəlzələdən zərər çəkənlərə dəstək

Tehranın Evin həbsxanasında saxlanılan güneyli milli fəallar Xoyda baş verən zəlzələdən zərər çəkənlərə yardım kampaniyasına qoşulublar.

Ana dili hərəkatı fəalı Əlirza Fərşi, Əkbər Nəimi və Tohid Əmir Əmini ailələrindən onlar tərəfindən 10 milyon tümən zəlzələ nəticəsində xəsarət alanlara yardım etmələrini istəyiblər.

Qeyd edək ki, Xoyda baş verən ardıcıl zəlzələlər nəticəsində 3 nəfər həlak olub, 1200-ə yaxın insan yaralanıb.

İlkin məlumata görə, 3,5 min evə ziyan dəyib. Evləri dağılanlara yardım edilmədiyi üçün insanlar soyuq havada küçələrdə gecələməyə məcbur olur və ərzaq qıtlığı çəkirlər.

Related Articles

Bir cavab yazın

Back to top button