İran

İran zindanlarında 4 məhbus edam edilib

İran İnsan Haqları Təşkilatının verdiyi məlumata görə, Xurrəmabad, Bəndər Abbas və Şiraz şəhərlərində 4 məhkum dar ağacından asılaraq edam edilib.

Məlumata görə, avqustun 28-də Şirazın Adilabad zindanında 40 yaşlı Rəhim Qənbərzehi və 37 yaşlı Əfqanistan vətəndaşı Müctəba Xadiminəjad narkotik maddələrin alverinə görə edam ediliblər.

Bununla yanaşı eyni gündə Loristan əyalətinin mərkəzi Xurrəmabad şəhərinin zindanında qətldə ittiham olunan Ümidəli Geravənd, Bəndər Abbas şəhərinin zindanında isə İsmail Bərgrizan narkotik maddə alverinə görə dar ağacından asılıblar.

Qeyd edək ki, BMT-nin İranda insan haqları üzrə xüsusi məruzəçisi Cavid Rəhman İranda insan haqları pozuntuları ilə bağlı yaydığı son hesabatında edam saylarının kəskin artmasından narahatlığını ifadə edib.

İran zindanlarında edam saylarının çoxaldığını və məhbuslara qarşı hüquq pozuntularının davam etdiyini deyən Cavid Rəhman, 2022-ci il yanvarın əvvəlindən 30 iyun tarixinə kimi 6-ı qadın, 5-i Əfqanıstan vətəndaşı olmaqla 251 nəfərin dar ağacından asılaraq edam edildiyini bildirib.

O, bunun ötən ilin oxşar dövrü ilə müqayisədə iki dəfə çox olduğunu deyib.

Related Articles

Bir cavab yazın

Back to top button