İran

İran dövlət yetkililəri arasındakı fikir ayrılığı yeni mərhələyə çatıb

“Fars” xəbər ajansı yazıb: “Ruhani və Laricani İslam Cumhuriyyəti ilə “ikiqütblülüyünü gücləndirməyə” çalışırlar”.

Yazıda deyilir: İranın keçmiş prezidenti Həsən Ruhani və İslam Şurası Məclisinin keçmiş başçısı Əli Laricani “nizamla ikiqütblülüyü gücləndirmək” istəyirlər.

Əldə olunan bilgilərə görə, keçmiş icra və qanunvericilik orqanlarının başçılarının “siyasi ittifaqı” hələ “xarici görünüşə” sahib deyil, ancaq “tezliklə” onlar “ikiqütblülüyü gücləndirmək” üçün rəsmi olaraq bir masa ətrafında toplaşaraq “yeni mahiyyət”lərini açıqlayacaqlar.

Xatırladaq ki, Əli Laricaninin builki prezident seçkilərinə qatılmaq üçün səlahiyyətlərinin Nigəhban Şurası tərəfindən rədd edilməsi İran yetkililəri arasında ixtilaflara yol açıb. Onun ardınca, daha öncə məhkəmə orqanının keçmiş başçısı olan qardaşı Sadiq Laricani İbrahim Rəisinin prezident olaraq etibarnaməsini imzalamamasından sonra Nigəhban Şurası tərəfindən işindən uzaqlaşdırılıb.

Related Articles

Bir cavab yazın

Back to top button