Dünyaİran

Tehranın cavab hücumu olacağı təqdirdə İsrail İranın nüvə obyektlərinə hücuma hazırdır

Londonda yerləşən “Elaph News” xəbər verir ki, İran hökuməti ötən həftə Dəməşqdəki konsulluğuna edilən hücuma cavab olaraq birbaşa İsrailə hücum edərsə, İsrail İrandakı hədəflərə zərbə endirməklə cavab verəcək

“The Times of İsrael” adı açıqlanmayan Qərbin təhlükəsizlik rəsmisinə istinadən yazıb ki, İsrail son günlər İranın nüvə obyektlərini və digər infrastrukturlarını hədəfə almaq üçün hazırlıqları əhatə edən hava təlimləri keçirib.

Qeyd edək ki, İsrailin müdafiə naziri Yoav Qallant da aprelin 7-də İsrailin İranla mümkün qarşıdurmaya hazırlığın tamamladığını açıqlayıb.

Related Articles

Bir cavab yazın

Back to top button