Dünya

BMT: Rusiyanın Ukraynaya hücumları nəticəsində 1081 mülki şəxs həlak olub

Birləşmiş Millətlər Təşkilatı Rusiya-Ukrayna müharibəsi zamanı azı 1081 mülki şəxsin həlak olduğunu, 3 milyon 725 min 806 nəfərin isə qonşu ölkələrə sığındığını bildirib.

“Aznews tv”xəbər verir ki, Birləşmiş Millətlər Təşkilatının Qaçqınlar üzrə Ali Komissarlığı yaydığı bəyanatda Rusiya-Ukrayna müharibəsi nəticəsində 24 fevral-24 mart tarixlərində ən azı 1081 mülki şəxsin həlak olduğunu, 1707 nəfərin isə yaralandığını qeyd edib.

Bəyanata görə, 2 milyon 206 min 119 ukraynalı Polşaya, 572 min 754 nəfər Rumıniyaya, 376 min 748 nəfər isə Moldovaya sığınmaq məcburiyyətində qalıb.

Bundan başqa, fevralın 21-dən 23-dək Donetsk və Luqansk vilayətlərindən 113 min nəfər Rusiyaya gedib.

Related Articles

Bir cavab yazın

Back to top button