Azərbaycanİran

“Traxtur” klubu cərimələndi

İran Futbol Federasiyasının İntizam Komitəsi "Traxtur" Futbol Klubunu 100 miyon tümən cərimə edib.

Bu barədə klubun sosial media hesabında məlumat yayılıb.

İntizam Komitəsinin məktubunda bildirilib ki, “Traxtur”  komandasının azarkeşləri noyabrın 25-də Xuzistanın “Fulad” komandası ilə keçirilən görüşdə idmana aidiyyatı olmayan və qeyri-etik şüarlar səsləndiriblər.

Qeyd edək ki, Xuzistanın “Fulad” komandası ilə keçirilən görüşdə azərbaycanlı azarkeşlər “Türk dilində mədrəsə, olmalıdır hər kəsə!”, “Azərbaycan var olsun, istəməyən kor olsun!” kimi milli şüarlar səsləndiriblər.

İran Futbol Fedetasiyası Azərbaycan dilində səsləndirilən şüarları qeyri-etik hesab edib.

Related Articles

Bir cavab yazın

Back to top button