Azərbaycanİran

Şərqi Azərbaycanın qızıl mədəninə xüsusi təyinatlı qüvvələr yerləşdirilib

Bunu əyalət valiliyinin istəyi ilə həyata keçirildiyi bildirilir.

Şərqi Azərbaycan əyalətinin Qaradağ bölgəsində yerləşən Əndiryan qızıl mədəni ərazisinə çox sayda xüsusi təyinatlı qüvvələrin yerləşdirildiyi bildirilir.

Şərqi Azərbaycan Sənaye, Mədən və Ticarət Palatasının verdiyi məlumata görə, bu. əyalət valiliyinin rəsmi müraciəti əsasında həyata keçirilib.

Məlumatda bunun bölgədə qanunsuz qazıntı aparanların və qızıl oğrularının fəaliyyətlərinin qarşısını almaq üçün edildiyi deyilir.

Şərqi azərbaycanın Vərziğan və Xarvana bölgəsində mövcud olan “Əndiryan” qızıl mədəni istismar üçün xarici şirkətlərə verilib.

Məsullar yerli əhalini bölgədə yerləşən qızıl mədənlərindən qanunsuz və gizli şəkildə qızıl konsentratı əldə etdiklərini, bunun xəyanət və millətin malını oğurlamaq olduğunu deyərək, hüquq-mühafizə orqanlarının daha ciddi addımlar atmalı olduqlarını istəyiblər.

Bundan öncə də hökumətə bağlı olan media qurumları və bir sıra rəsmilər qızıl mədəni ətrafında işləyən yoxsul əhalini təhqir edib, onları “qaçaqmalçı” adlandırıblar.

Şərqi Azərbaycanda yerləşən Əndəryan qızıl mədəninin ümumi ehtiyatının 30 milyon ton civarında olduğu bildirilir.

Əndəryan Kəndi və bölgə əhalisi işsiz olduğu halda İran rejimi sözügedən mədəndə Çin, Rusiya, Gürcüstan və Ermənistan ölkələrinin vətəndaşlarını çalışdırır. Mədənin fəaliyyətindən bölgə əhalisinə çatan isə yalnız ətraf mühitin korlanmasıdır.

Əndəryan Qızıl Mədənində qızıl hasilatı üçün qeyri-standart və köhnə üsuldan istifadə olunur. Mədənin fəaliyyətinin ətraf mühitə vurduğu ziyana görə dəfələrlə etirazlar olsa da, İran rəsmiləri faktları gizlədərək mədənin fəaliyyətinin davam etməsinə şərait yaradıblar.

Ekspertlərin fikrincə, mədəndə hər gün təxminən bir ton natrium sianid istehlak olunur.

Bu, çox təhlükəli və zəhərli maddədir. Həmin maddə havanı çirkləndirir və sonda yağıntılar zamanı torpağa daxil olur. Həmin maddə sonralar yeraltı suları da çirkləndirir.

Related Articles

Bir cavab yazın

Back to top button