Dünya

1 Noyabr – Əlcəzairin milli bayramıdır

1954-cü ilin 1 noyabr tarixində, 132 illik müstəmləkəçilikdən sonra azadlığa qovuşan və müstəqilliyini bərpa edən Əlcəzair, hər il bu tarixdə şərəfli inqilabı anmaq üçün öz milli bayramını qeyd edir.

Bir əsrdən artıq bir müddət ərzində müstəmləkəçi doktrinası, ardıcıl inqilabları ilə cəsarət və qəhrəmanlıqla işğala tam və səmimi şəkildə qarşı çıxan Əlcəzair uşaqlarının, qadın və kişilərinin döyüşkənliyi və müqavimətilə üz-üzə qaldı və bu, uzun bir müstəmləkə gecəsindən sonra Əlcəzayir xalqının dirçəlməsinə gətirib çıxardı.

Bu unudulmaz ildönümünün qeyd olunması əslində bir-birinin ardınca gələn nəsillər vasitəsilə yaddaşlarda möhürlənməsi üçün son dərəcə əhəmiyyətli bir dayanacaqdır.

2020-ci il 1 Noyabr tarixi ona görə seçildi ki, xalq bir daha ölkəsinin tarixini, prinsiplərini və hədəflərini Əlcəzairin minillik tarixindən, 1 Noyabr Bəyannaməsindən, qanuni və açıq şəkildə ifadə olunan xalq tələblərindən götürən qurumların gələcək fəaliyyətini əks etdirən Konstitusiyaya yenidən baxılması mətnində öz seçimlərini ifadə edərək qeyd etsin.

1 Noyabr 2020-ci il xalq referendumu ilə təqdim ediləcək layihə, digər vacib yeni müddəalara əlavə olaraq, fərdi və kollektiv azadlıqların möhkəmlənməsini və dövlət quruluşunun vətəndaşın müstəsna xidmətində və ümumi mənafelərində ahəngdar, demokratik və şəffaf fəaliyyətini təmin etmək üçün Əlcəzair qurumlarının təşkilində bir sıra dərin dəyişiklikləri ehtiva edir.

Əlcəzairin Bakıdakı Səfirliyi, 31 oktyabr və 1 noyabr 2020-ci il tarixlərində Bakıda yaşayan Əlcəzair icmasının səs hüquqlarından istifadə etməsinə imkan yaradmaq üçün seçki məntəqəsini açır.

Yaşasın müstəqil və suveren Əlcəzair! Dəyərli Şəhidlərimizin ruhları şad olsun.

Related Articles

Bir cavab yazın

Back to top button