AzərbaycanBölgəDünyaSiyasət

ATƏT-dən Ermənistana növbəti şapalaq: Lüksemburq bəyannaməsinin Azərbaycan üçün mühümlüyü

Dünya ictimayyəti getdikcə Dağlıq Qarabağ münaqişəsinin həlli çərçivəsində Azərbaycanın ədalətli mövqeyini qəbul etməyə və dəstəkləməyə başlayır.

Aznews.tv 1news.az-a istinadən xəbər verir ki, bu prosesin məntiqi nəticəsi olaraq, beynəlxalq təşkilatlar Azərbaycanın öz ərazi bütövlüyü çərçivəsində münaqişəni həll etmək üçün dokumentar baza yaradan yeni mühüm sənədlər qəbul edir.

Bu istiqamətdə mühüm sənəd kimi iyulun 8-i qəbul edilən ATƏT-in Parlament Assambleyasının Lüksemburq bəyannaməsini qeyd etmək olar.

Bu sənəd ATƏT PA-nın 28-ci sessiyasında qəbul edilib.

“Təhlükəsizliyin gücləndirilməsi marağında dayanıqlı inkişafa dəstək: parlamentarilərin rolu” mövzusuna həsr olunmuş sessiyada Azərbaycanı vitse-spiker, ölkəmizin parlamentinin ATƏT PA-dakı deleqasiyasının rəhbəri Bahar Muradovanın rəhbərliyi altında Milli Məclisinin üzvləri təmsil edib.

İclas zamanı erməni tərəfi, müvafiq düzəlişlər təklif edərək, Azərbaycanı ATƏT PA tərəfindən birmənalı olaraq, ərazi bütövlükləri, suvernitetləri və sərhəd toxunulmazlıqları dəstəklənən ölkələr siyahısından çıxarmağa cəhd edib.

Lakin Azərbaycan deleqasiyasının uğurlu fəaliyyəti və çıxışlarında səsləndirdikləri inamlı arqumentləri sayəsində erməni tərəfin irəli sürdüyü düzəlişlər rədd edilib. Nəticə etibarı ilə yekun bəyannamədə hər 4 ölkə – Azərbaycan, Gürcüstan, Moldova və Ukrayna bir yerdə qeyd edilib və bu ölkələrin ərazi bütövlüyü ikili standartlar tətbiq olunmadan “paket” şəklində dəstəklənib.

Bu sənədin Azərbaycan üçün vacibliyi nədən ibarətdir?

Bu Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll olunmasına şərait yaradacaq növbəti sənəddir.

Azərbaycan parlamentinin deputatı Tahir Mirkişili əmindir ki, Lüksemburq bəyannaməsinin ATƏT-in Parlament Assambleyasının Dağlıq Qarabağ münaqişəsinə yeni yanaşmasını əks etdirir.

“Cari sessiyada bir çox məsələ müzakirə olunmuşdu, lakin hamı bilirdi ki əsas toqquşmalar siyasi məsələlər və təhlükəsizlik komitəsində müşahidə ediləcək. Çünki məhz bu komitə tərəfindən bölgədə münaqişələrin həlli ilə bağlı yeni yanaşmanın əks olunduğu qətnamə layihəsi hazırlanmışdı”, – deyə millət vəkili qeyd edib.

Onun sözlərinə görə, ATƏT PA-nın bütün sənədlərində qeyd olunur ki, mövcud münaqişələr davamlı inkişafın və insan hüquqlarının təmin olunmasının qarşısında duran əsas maneədir. Bu münaqişələr qismində həmçinin Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi göstərilir:

“Ermənistanın diplomatik xidmətinin müxtəlif ölkələrin deleqasiyalarının üzvləri ilə öncədən fəal danışıqlar aparmasına, həmçinin erməni deleqasiyasının assambleya çərçivəsində bir çox çıxışlar etməsi və görüşlər keçirməsinə baxmayaraq, Azərbaycan tərəfin uğurlu səyləri nəticəsində qətnamə layihəsində münaqişələrə yeni yanaşma əks olundu”.

Bu yanaşma nədən ibarətdir?

T.Mirkişilinin sözlərinə görə burada bir sıra məqam var. İlk növbədə, ATƏT-in və digər beynəlxalq təşkilatların ənənəvi yanaşmasından fərqli olaraq, yekun sənəddə ilk dəfə Azərbaycan, Ukrayna, Gürcüstan və Moldova ərazisində mövcud olan münaqişələr vahid yanaşmanın tətbiq edilməsinin vacibliyi vurğulanır.

“Bu günə qədər müxtəlif ölkələr və təşkilatlar Dağlıq Qarabağ münaqişəsinin digərlərindən ayrılmasının və ona xüsusi yanaşmanın tətbiq olunması təkid edirdilər. Bu iclas zamanı vəziyyət o yerə gəldi ki, Ermənistan Azərbaycanın bu siyahıdan xaric edilməsi üçün sənədə düzəlişlər edilməsini təklif etdi. Lakin Ermənistanın təklifini sadəcə 6 deputat dəstəklədi, 41 deputat bu düzəlişlərin “əleyhinə” səs verdi və Ermənistanın təşəbbüsü rədd edildi.

Beləliklə, Ermənistanın bütün cəhdlərinə baxmayaraq, yekun sənəddə bütün münaqişələrə eyni yanaşmanın tətbiq edilməsi əks olunub ki, bu olduqca mühüm hadisədir”, – deyə deputat vurğulayıb.

İkinci məqam ondan ibarətdir ki, Lüksemburq bəyannaməsi Azərbaycan, Ukrayna, Gürcüstan və Moldovakı münaqişələrin ölkələrin suverenliyi, ərazi bütövlüyü və sərhədlərinin toxunulmazlığı prinsipləri əsasında həll edilməsinə çağırış edir.

Millət vəkilinin fikrincə məhz bu amil Ermənistanın xalqların özünümüqəddəratı prinsipindən sui-istifadə etməsinin qarşısını alır.

Daha bir vacib məqam ondan ibarətdir ki, sənəddə birmənalı olaraq razılaşdırılmış danışıqlar formatının dəyişdirilməsinin yolverilməzliyi vurğulanır:

“Bu da Ermənistanın son illərdə danışıqlar masasına separatçı rejimin nümayəndələrinin oturtması cəhdini iflasa uğradır”.

Tahir Mirkişili həmçinin sənəddə münaqişə ərazisi kimi Azərbaycanın qeyd edildiyin də vacibliyini vurğulayıb:

“Bu bir daha işğal olunmuş Dağlıq Qarabağın və yeddi ətraf rayonun Azərbayacana aid olduğunu sübut edir”.

Onun fikrincə, yekun bəyannamə, növbəti dəfə rəsmi şəkildə Dağlıq Qarabağ münqaşisənin Azərbaycanın ərazi bütövlüyü, suvereniteti və sərhədlərinin toxunulmazlığı əsasında həll edilməsini dəstəkləyərək, bir daha Helsinki yekun aktında əks olunan prinsiplərə (gücdən istifadə edilməmə, ərazi bütövlüyü və xalqların öz müqəddəratını müəyyən etmə hüququ) aydınlıq gətirmiş oldu.

“Yekun bəyannamədə bu aspektin əks olunması Azərbaycan diplomatiyasına Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirələr və beynəlxalq platformalar çərçivəsində müvafiq sənədlərin qəbul edilməsi zamanı ölkənin ədalətli mövqeyini müdafiə etmək üçün yeni mühüm və ciddi baza formalaşdırır. Bu sənədin ATƏT PA-nın Siyasi məsələlər və təhlükəsizlik üzrə komitəsi tərəfindən hazırlanması onun siyasi çəkisini müəyyənləşdirir”, – deyə deputat qeyd edib.

Qeyd etmək lazımdır ki, təşkilatın prosedur qaydalarına uyğun olaraq yekun bəyannamə ATƏT-in Nazirlər Şurasına təqdim ediləcək və danışıqlarda istifadəsi məsləhət görülür.

“Bu baxımdan, qəbul edilmiş bəyannamə layihəsi Dağlıq Qarabağ münaqişəsnin Azərbaycan maraqları çərçivəsində həll edilməsinə vacib dəstək kimi qiymətləndirilə bilər.

Yeri gəlmişkən, işğal edilmiş Dağlıq Qarabağ və ətraf yeddi rayonla bağlı məsələnin intensiv şəkildə müzakirə edilməsi üzv ölkələrin nümayəndələri tərəfindən Azərbaycan reallıqlarını daha yaxşı alqılanmasına şərait yaratdı”, – deyə T.Mirkişili qeyd edib.

Aznews.tv

 

Related Articles

Bir cavab yazın

Back to top button