AzərbaycanBölgəCəmiyyətElm & TexnologiyaMədəniyyət və incəsənət

Qızıl-Bunda – Müqəddəs odun diyarı

“Türklər hər şeydən üstün odu tutur, havaya və suya rəğbət bəsləyir, torpağa himnlər qoşur və yalnız göyü və yeri yaradan Tanrıya tapırlar” – Bizanslı tarixçi Teofilakt Simokatta (VI-VII əsrlər), “Tarix” kitabı VII, fəsil VIII/14

Qədim dünya dövrünün mixi yazılarında Cənubi Azərbaycan ərazisi haqqında o qədər yazı var ki, ora haqqında müəyyən təəsürata sahib olmaq olar. Bu ərazi əsasən Akkad və Babil arasında əlaqələr və münasibətlərlə bağlıdır. Assuriya və Urartuya gəldikdə isə, burada Cənubi Azərbaycan ərazisi ilə bağlı qeydlər əsasən,  müxtəlif hökmdarların yürüyüşləri, müharibələr, hücumlar və kəşfiyyatın məlumatları ilə bağlı idi. Bu mənbələrdə bölgənin toponimikası, burada mövcud olan ölkələrin, vilayətlərin, şəhərlərin, məskənlərin, keçidlərin, çayların və s. adlarına rast gəlmək olur. Qeyd edilən bölgə haqda ən informativ mənbələrə e.ə. XI-IX aid Assuriya annallarında oxumaq olar. Bu o dönəmdə Assuriyanın genişlənməsi və Urmiyayanı hövzəyə yürüşlərinin sayının artması ilə bağlı idi.

Bu toponimik adların bir hissəsinin mənşəyi yerlidir. Hərdən yerli adlara həçminin akkad suffiksləri ya da postpozitiv hissələr əlavə edilə bilərdi. Digərləri isə yerli adların akkad kalkası və ya elə akkad adlarından və addəyişdirmələrindən ibarətdir. Assuriya hökmdarları tez-tez fəth etdikləri ərazidəki şəhərlərin adlarını dəyişdirirdilər. Akkad leksikasının köməyi ilə bu toponimik adların etimologiyasını izləyib aşkar etmək olar. Nədənsə bu bölgənin qədim toponimikasını ən çox iran dillərinin köməyi ilə müəyən etməyə çalışırlar. Lakin iran dilləri bu bölgədə daha gec dönəmdə gpeyda olub və yayılıblar. Nəticədə, qədim toponimikanın etimologiylarının araşdırılmasında, bəzi alimlərin onomastika problemlərinin qəti həlli kimi təqdim etməyə çalışdığı, hər cür saptırma və təxminlər formalaşır. Təəsüf doğuran hal odur ki, qədim mənbələrdə adı keçən Timur, Arpad, Qazak, Mazak, Kinza, Penza, Arbak və s. kimi şəhərlərin adının hindavropa, hətta semit mənşəyli olmasına baxmayaraq, qədim toponimika və onomastikanın araşdırılmasında Ural-Altay dillərindən istifadə edilmir.

Akkad dilinin özü təxminən 2 min il ərzində Hidistandan başlayıb Balkanlaradək uzanan nəhən coğrafi ərazidə beynəlxalq yazı dili rolunu oynamışdır. Məsələn, qədim Misir və Hett dövlətləri əlaqə üçün akkad dilindən istifadə edirdilər. Bu linqva-franka dil sanskritin, ortafars, qədim yunan və hətta latın dilinin leksikasına təsir edib. Və çağımızda bu alıntı sözlər səhvən ümumi hinavropa leksikasının vahidləri kimi qəbul edilir. Xüsusi ilə qeyd etmək lazımdır ki, bu leksemlər akkad dilində bölgədə yunan və ya fars dilinin peyda olmasından öncəki dövrlərdə müşahidə olunur. Bundan əlavə, erkən sumer (şümer) və akkad leksikasında Ural-Altay, xüsusən də prototürk dillərindən keçmiş kök əsasları və hətta tam ifadələr mövcuddur.

Hələ XIX-cu əsrin elmi dairələri bu haqda rahat danışır, yazır və komparativ misallar gətiridilər. Lakin XX-ci əsrin əvvəllərindən başlayaraq Qərbin yeni nəsil assiroloq-alimləri getdikcə bunu daha qeyd etməyə başlayırlar. Lakin, qeyd etmək lazımdır ki, sovet assirologiyasından fərqli olaraq, qərb orientalistikası qədim İkiçayarası leksikasında altazimlərə qarşı aqressiv mövqe sərgiləmirdi. Bu məsələ bəzən elmi nəşrlərdə keçirdi, lakin ümumi olaraq ona toxunmurdular.

Sovet assirologiyası isə, öz səviyyəsinə görə, bu sahədə dünyanın ən güclü məktəbləri siyahısında deyildi. Bundan əlavə, Qərbdəki siyasi rəhbərlər Stalinin partiyanın XIX-cu qurultayındakı məşhur  çıxışı ilə etdiyi kimi dilçi-alimləri “ifşa etmirdilər”. Sovetlərdən başqa dünyanın heç bir yerində tarixçilərə pantürkçü damğası vuraraq sürgün etmirdilər.

O dönəmdə geniş şəkildə reklam və təşviq edilmiş “Dilçilikdə marksizm barəsində”, “İ.V.Stalinin yazıları işığında dilçilik məsələləri”, “Ümumi marksist dilçilik sistemində dil inkişafının daxili qanunları anlayışı” və s. adlı “elmi yazılar” bu gün gülünc obyektindən başqa bir şey ola bilməz. Lakin sovet dövrü üçün bu xətt dilçilik və tarix baxımından əsas ideoloji prioritet sayılırdı.

Stalinin ölümündən sonra belə türkoloqlar üçün ciddi dəyişikliklər olmadı . Tarixin bir çox sualları cavabsız qaldı və təbii olaraq bu ideoloji müstəviyə keçdi. Burada isə türk dilləri və onların daşıyıcıları bizim bölgədə tarixədənkənar elan edilmişdi. Bu arada, Qərbin erkən assiroloqları sovet alimlərindən fərqli olaraq, türk dilinin suçer-akkad leksikasına təsiri barədə əsaslandırılmış faktlar gətirirdilər. Təbbi olaraq, bu cür linqvistik faktlar bərk fundamentə malik idilər. Bunu Qədim Dünyanın, o cümlədən Azərbaycanın onomastika və toponimikasında müşahidə etmək olar.

Bu cür aydın toponimlər qismində, türk dilindən etimoloji olaraq “Odlar yurdu” mənasını kəsb edən, tarixi Qızıl-Bunda bölgəsinin adını qeyd etmək olar. Bu toponim haqda ən erkən qeydlər, Urartu, Manna və Midiya kimi ölkələrə qarşı keçirilən hərbi kampaniyaları təsvir edən e.ə. IX-cu əsr Assuriya hökmdarlarının xronikalarında keçir (Tekstlərin fraqmentləri aşağıda qeyd olunacaq). Bu bölgə tarixi Manna və Midiya ərazilərinin sərhədlərində, daha dəqiq isə Qızıl-Üzən çayının aşağı və orta axının hövzəsində yerləşirdi. İlk olaraq, burada Qızıl-Bunda və Qızıl-Üzən adlarının bir-biri ilə bağlı olması diqqəti cəlb edir. Məhz bu fakt əsasında, alimlərin bir hissəsi Qızıl-Bunda adının türk mənşəlli olduğunu ehtimal edirdi. Lakin bu ehtimal heç bir konkret linqvistik dəlillə bərkidilməmişdi.

Qızıl-Üzən çayının adındakı qızıl/kızıl sözünün tür dilində “qırmızı”, “qızıl”, “od” və s. kimi mənaları var. Üzən də öz növbəsində, çay adlarının formalaşmasında iştirak edən “çay”, “su” kimi bir hidroformantdır. Misal kimi Rusiyanın Saratov (Sarı Tau – yəni Sarı Dağ) vilayətindən və Qazaxstan ərazisindən keçən Böyük Uzen və Kiçik Uzen, Krımda və Ukrayndakı Ulu Uzen, Biyuk Uzen, Sarı Uzen və ya Başqırdıstanda, Rusiyanın Samara vilayətində və Ukraynanın Kiyev bölgəsində axan Uzen adlı çayları qeyd etmək olar. Böyük ehtimalla bu hidroformant türk dilindəki uza(n) (uzanan) və ya üz (üzən) felləri ilə bağlıdır.

Qeyd etmək lazımdır ki, farslar bu çayı Səfidrud adlandırıblar ki, bunun da mənası fars dilindən tərcümədə “qırmızı çay” deməkdir.

İlk olaraq qeyd etmək lazımdır ki, türk dilindəki kizil (kızıl/qizil/qızıl) sözü həm fonetik, həm də semantik baxımdan, ortaakkad dövründən başlayaraq, akkad mənbələrində göstərilən gizil-lu sözü ilə aydın şəkildə uyğunlaşır. “Akkad dilinin qısa sözlüyü” kitabında bu söz sadəcə məşəl və ya od kimi tərcümə edilir. 26 cildlik “Assuriya dili sözlüyü” kitabında isə “dini ayinlərdə istifadə edilən məşəl” kimi tərcümə edilir ki, bu çox maraqlı və vacib faktdır. Məsələ ondadır ki, məhz Qızıl-Bundanın ərazisində, sonralar xalq arasında “Taxti-Süleyman” (Süleymanın taxtı) kimi tanınan qədim od məbədi mövcud olub. 

Taxti-Süleyman

Söhbət Midiya-Atropatenanın paytaxtı olmuş Qazak şəhərində və ya onun yaxınlığında yerləşmiş məşhur Şiz məbədinən gedir. Sasani dövründə isə o zərdüştlərin əsas məbədinə çevrilir.

Gizil-lu sözü akkad dilində ritual, müqəddəs od mənasının daşıyırdı və şübhəsiz, Qızıl-Bunda adının birinci hissəsi məhz bu interpretasiya ilə bağlıdır. Bu da öz növbəsində, bu bölgədə, iranlıların zərdüştlüyünə heç bir aidiyyatı olmayan, çox qədim od kultunun mövcud olmasına dəlalət edir. Sözün sonundakı –lu postpozisiyası akkad dilinə xas olan bağlayıcı birləşmədir.

İndi isə qədim türk və orta türk dilinin qlossarilərində mövcud olan kızıl/qızıl sözünün müxtəlif varinatlarını gözdən keçirək:

qizil – qırmızı

qisil – qırmızı

kızıl – qırmızı

kızıl – gündə qaralma

kizil – qırmızı, altın, od

Bu söz bütün türk dillərində və şivələrində qızıl mənasını daşımır, lakin ən erkən dövrdən başlayaraq türk leksikasında qırmızı və ya al-atəş rəngini, həmçinin od mənasını kəsb edir. 

Məsələ ondadır ki, semantik baxımdan kızıl/qizil (qızıl) kız/qiz (baha, çətin tapılan) anlayışı ilə bağlıdır. Bundan qizliq – qiymətlilik, qiymətli əşya,  qiznaq – xəzinə törəyir. Qırmızı, od mənasında isə kızıl/qizil növbəti feli köklərlə bağlıdır:

qiz – qızarmaq, közərmək, pörtmək: qiza – dəmirçi kürəsi;

kiz – qızartmaq, odda qızartmaq, isitmək, istiyə, yüksək temperatura malik olmaq və s.

Beləliklə, kızıl/qizil – qırmızı, od sözdüzəlişi qanunları əsasən məhz türk dilindən formalaşır, akkad dilinə isə türk dilindən bir alıntı kimi düşüb.  Yeri gəlmişkən akkad dilində çoxlu sayda türk dilindən alıntı sözlər var. Öz zamanında Henri Roulinson, Jül Opert, Klod Konder kimi assiroloqlar bu istiqamətdə komparativlik işlərinin müəllifi olublar. Müasir dövrdə isə bu mövzu ilə bağlı Montklar Universitetinin (ABŞ-ın Nyu-Cersi ştatında yerləşir) professoru Mark Hübeyin maraqlı işləri mövcuddur.

Qizil-Bunda toponiminin ikinci hissəsinin etimologiyasını müəyyən etmək üçün yenidən akkad leksikasına müraciət etmək lazımdır. Böyük ehtimal var ki, bunda sözu bunnu/banu termini ilə bağlıdır. Bu termin isə ümumi istiafədə olan imtiyazlı (preferential) yer mənasına gəlir. Bunda sözündəki –da postopozitiv bağlayıcısı isə məxsusluq, aidiyyat anlamı daşıyır.

Hərfi olaraq Qizil-Bunda etmiloji olaraq “ümumi istifadədə olan müqəddəs odun imtiyazlı torpağı” və ya “Müqəddəs odun məbəd ərazisi”, sadə dildə isə “Müqəddəs və toxunulmaz odun torpağı” mənasını verir.

Bunda terminində göstərilən İmtiyazlılıq, prioritet, toxunulmazlıq və ümumi istifadə anlamları yəqin ki, erkən cəmiyyətlər üçün toxunulmaz və ümumi olan məbəd ərazisi ilə bağlıdır.

Qizil-Bunda vilayətinin adının semantikası ən qədim “Odlar yurdu” epitetinin qeydindən başqa bir şey deyil. Adından göründüyü kimi də, Azərbaycan ərazisinə şamil edilən epitet olduqca qədimdir, yəni zərdüştlük inancından da əvvəl olub. Bu da  o mənaya gəlir ki, qədim Azərbaycan ərazisində mövcud olmuş od məbədlərinin öncədən zərdüştlüklə heç bir əlaqəsi olmayıb. “Odlar yurdu” epiteti isə atar- od termininə bağlanan iran terminologiyasına aid deyil, əksinə, özündə kızıl/qizil – od kimi türk kökənli söz içərir.

Nədənsə günümüzdə, bir çox qədim inanclarda odun istifadə olunmasına baxmayaraq, bütün od ayinlərini zərdüştlüyə bağlamaq kimi yanlış bir tendensiya oturuşub. Məsələn, altaylılar, teleutlar və xakaslar bu günümüzədək öz ayinlərində oddan istifadə edirlər. Amma onların babalarının Zərdüşt dinindən xəbərləri olmayıb. Qədim türk ənənələrində Umay ilahəsini həmçinin Ot Ane – Od Ana çağırardılar.

Ən başda bizanslı Teofilakt Simokattanın türklərin oda tapması haqqında qeydləri gətirilmişdi. Bu istiqamətdə digər Bizanslı Menandrın (VI əsr) Kilikiyalı Zemarxın başçılığı altına Şərqi Roma İmperiyası səfrilərinin 568-ci ildə orta asiyalı türk xaqanın yanına varmaqları barədə qeydləri də maraq kəsb edir:

“Zimarxın və onun yoldaşlarının səyahəti uzun idi. Soqdaitlərin ölkəsinə vardıqda və atlardan düşdükdə, qəsdən ora qoyulmuş, bəzi türklər onlara dəmir almağı təklif edirdilər. Düşünürəm ki onlar bunu, ölkələrində çoxlu dəmir mədənləri olduğunu göstərmək üçün edirdilər; çünki deyilənə görə onların ölkəsində dəmir tapmaq çətin məsələdir.Bu qəbilədən olan bəzi, deyilənə görə, bədbəxtlikləri qovmağı bacaran insanlar Zimarxa yaxınlaşaraq, romalıların özləri ilə gətirdikləri əşyaları bir yerə toplayaraq ətrafında livan ağacının odunlarından od qaladılar, sonra isı iskit dilində barbar sözlər pıçıldayaraq zınqırov zınqıldadır əşyaların üzərində dəfə vururdular. Əşyaların ətrafında yanaraq cırtıldayan livan budağı gəzdirir; cuşa gələrək təhdidlər səsləndirməklə sanki pis ruhları qovurdular. Onların pis ruhları qovmaq və insanları bəd güclərdən azad etmək qüvvətinə malik olduqları deyilir. Əşyaları ayindən keçirdikdən sonra onlar Zimarxın özünü də oddan keçirirək, sanki həm onu, həm də özlərini təmizləyirdilər. Bu ayinlər bitdikdən sonra, Zimarx yanına verilmiş türklərlə birgə xaqanın oturduğu ellin dilində “altun dağ” anlamına gələn Ektaqa qalxır…”

Gördüyümüz kimi Zemarxın “barbar iskit sözlərini pıçıldayaraq” paklaşma odlarından keçirlmə mərasimi zərdüşt yox, şaman ayinidir.

Elşad Əlili

Aznews.tv

Related Articles

Bir cavab yazın

Back to top button