İran

20 ildir Təbriz-Miyana dəmir yolu layihəsi tamamlanmır

1379-cu ildən tikintisinə başlanılan Təbriz-Miyana dəmir yolu tərhi hələ də tamamlanmayıb. Belə ki, icraçılar 20 ildir dəmir yolunun açılışının yubadılacağını bildirirlər. Halbuki projənin icrası ilə əhalinin gediş-gəlişinin asanlaşacağı, böyük həcmdə malların daşınacağı, əyalətdə iqtisadi durumun yaxşılacağı barədə vədlər verilmişdi. Projə icraçılarından birinin sözlərinə görə, dəmir yolunun bugünkü dəyəri 70 min milyard rialdır. İndiyə kimi dəmir yolunun tikintisi üçün 25 min milyard etibar ayrılıb. Tamamlanması üçün daha 20 min milyard rial etibara ehtiyac var. Bildirək ki, Miyana-Təbriz beynəlmiləl dəmir yolu Təbriz metrosuna birləşdirilməlidir. Ancaq Təbriz metrosunun tkintisi ilə bağlı işlər də yekunlaşdırılmayıb. Təbriz bələdiyəsi bu barədə heç bir iş görə bilməyib.

Related Articles

Bir cavab yazın

Back to top button