Azərbaycan

20 Yanvar tariximizin qəhrəmanlıq səhifəsidir

Azərbaycan tarixinə qanlı faciə kimi həkk olmuş 20 Yanvar olaylarından 31 il ötür. 1990-cı il janviyənin 19-dan 20-nə keçən gecə Şurəvinin qoşun hissələri Bakı şəhərinə keçir. Dinc sakinlərə divan tutulur, yüzlərlə qeyri-nizami qətlə yetirilir, yaralanır və ya itkin düşür. Şəhərə yeridilmiş qoşun hissələri heç bir beynəlxalq hüquq qaydalarına məhəl qoymadan əliyalın insanları hədəf alır. İztirari vəziyyət əhaliyə elan olunanadək artıq 82 nəfər xüsusi amansızlıqla qətlə yetirilir, 20 nəfər isə ölümcül yaralanır.
Qanunsuz və heç bir bildiriş edilmədən yeridilən qoşun hissələri Bakıda və ölkənin başqa şəhristanlarında ümumilikdə 146 nəfərin həyatına son qoyur, 744 nəfər yaralanır. Qanlı faciədə 200 yaşayış evi, 80 otomobil, habelə urjans maşınları və s. məhv edilir.
20 Yanvar hadisələri dinc əhali arasında kütləvi həbslərlə də davam edilib. Əməliyyatların gedişi boyunca paytaxt Bakı və cümhuriyyətin başqa şəhər və şəhristanlarından 841 nəfər qanunsuz həbs edilib, onlardan 112-si Şurəvinin müxtəlif şəhərlərindəki həbsxanalara göndərilib.
Misli görülməmiş amansız faciədən sonra – 1990-cı il janviyənin 21-də ümummilli lider Heydər Əliyev Azərbaycanın Moskodakı daimi nümayəndəliyinə gedir. Ölkə başçısı şurəvi rəhbərliyinin törətdiyi bu qanlı əməliyyata kəskin etirazını bildirərək sözügedən əməliyyata başçılıq edənləri ifşa edir.
Janviyə faciəsi ümumxalq hüznü olmaqla yanaşı, həm də Azərbaycan xalqının sarsılmazlığını, mübarizliyini və mətinliyini göstərir. Belə ki, Bakıda iztirari vəziyyət tətbiq edilməsinə baxmayaraq, Azərbaycan xalqı janviyənin 22-də paytaxtın “Azadlıq” meydanında 20 Yanvar şəhidlərinin dəfni ilə ilgili matəm yürüşü keçirib. Şəhidlər xiyabanındakı dəfn mərasimində 2 milyona yaxın insan iştirak edib. Xalqın istəyi ilə Azərbaycan Şurəvinin iztirari toplantısı çağırılıb və Bakı şəhərində iztirari vəziyyətin ləğv edilməsi haqqında qərar qəbul edilib.
Ölkəmizin ərazi bütövlüyü, xalqımızın azadlığı və dövlətimizin müstəqilliyi yolunda canlarını fəda edən həmvətənlərimizin-20 Yanvar qurbanlarının əziz xatirəsini dərin hüznlə anırıq. Azərbaycan Mərkəz Partiyası olaraq şəhidlərimizi sayğı ilə yad edirik.

Related Articles

Bir cavab yazın

Back to top button