Azərbaycan

21 Fevral Beynəlxalq Ana Di̇li̇ günüdür

Fevriyyənin 21-i bütün dünyada Beynəlmiləl Ana Dili Günü kimi qeyd olunur. Bu özəl gün YUNESKO-nun 1999-cu il novambr tarixində keçirilən Baş konfəransının 30-cu toplantısında təsis edilib. Bununla da 2000-ci ildən 21 fevriyyə dünyada dilin saflığının qorunması və ana dilinə hörmət əlaməti olaraq keçirilir.

Beynəlmiləl Ana Dili Günü Banqladeşin Benqal şəhərində öz ana dilinin rəsmi dil olması uğrunda mübarizə aparan 4 öyrəncinin öldürülməsi ilə ilgilidir. Bu günün təsisi faciəli olayın insanların xatirəsində əbədiləşdirilməsinə səbəb olur.

Sözsüz ki, dil hər bir millətin maddi və mənəvi irsinin göstəricisi hesab edilir. Onun qorunması və gəlişdirilməsi gələcək nəsillərin rifahında da önəmli rola sahibdir. Hər bir şəxs öz ana dilini yaxşı bilməli və onu qorumalıdır. Ana dili insanın mənəvi aləminin zənginləşməsi, onun dünyagörüşünün genişləndirilməsidir. Ana dilini mükəmməl bilmək, onun yad dilin ünsürlərindən qorumaq hər bir vətəndaşın mənəvi borcudur. Ana dili millətin özünəməxsusluğunu qorumaqla yanaşı, tərcümə vasitəsilə başqa xalqların mədəni irsi ilə tanış olmağa, onlarla ünsiyyət yaratmağa da imkan verir.

Beynəlmiləl Ana dili Günü eləcə də dünyada məhv olmaq təhlükəsi ilə üzləşən dillərin qorunması məqsədilə qeyd olunur. Dil ünsiyyət vasitəsidir, millətin siması, onun mənəvi irsidir. O, xalqın tarix və taleyini özündə əks etdirir. Dilin gəlişməsi toplumun tərəqqisindən asılıdır.

Bu gün azərbaycan xalqı da öz tarixi irsi olan dilinin qorunmasında və gələcək nəsillərə ərmağan edilməsində önəmli rol oynayır. Belə ki, hər il fevriyyənin 21-i Güney Azərbaycanda özəl sevinc və çoşqu ilə qarşılanır. Bu tarixi gündə azyaşlılara ana dilində kitabların hədiyyə edilməsi isə artıq ənənəyə çevrilib. Azərbaycanlı milli-mədəni fəallar Urmu şəhərinin sakinlərinə türkcə kitablar paylayır, ana dilinin qorunmasına töhfə verməyə çalışırlar. Azyaşlılara isə özəlliklə türk dili, əlifbası və türkcə uşaq nağıllarından ibarət olan kitablar hədiyyə edilir.

Azərbaycan Cümhuriyyətində ana dilinin hərtərəfli gəlişməsi, beynəlmiləl münasibətlər sisteminə yol tapması ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır.

2002-ci il septambrın 30-da “Azərbaycan Cümhuriyyətində dövlət dili haqqında” Qanunun qəbul edilməsi Azərbaycan dilinin dövlət dili kimi işlədilməsi, onun tətbiqi, qorunması və gəlişdirilməsində önəmli addım hesab edilir. Bu qanun dünya azərbaycanlılarının Azərbaycan dili ilə bağlı milli-mədəni özünüdifa ehtiyaclarının ödənilməsi yönündə təqdirəlayiq haldır.

Milli lider Heydər Əliyevin də dediyi kimi: “Hər bir xalq öz dili ilə yaranır. Ancaq xalqın dilini yaşatmaq, gəlişdirmək və dünya mədəniyyəti səviyyəsinə qaldırmaq xalqın qabaqcıl adamlarının, elm, bilik xadimlərinin fəaliyyəti nəticəsində mümkün olur”.

Ana dilimizi qoruyaq və ona sayğı ilə yanaşaq!

Related Articles

Bir cavab yazın

Back to top button