İran

Təbri̇zdə Azərbaycan Türkcəsi̇ lüğəti̇ni̇n təqdi̇matı keçi̇ri̇ləcək 

“Yaxın vaxtlarda Təbrizdə Azərbaycan türkcəsi lüğətinin birinci cildinin təqdimatı keçiriləcək”. Bu barədə Azərbaycan türkcəsi lüğətlər toplusunun müəllifi Əhəd Beyute “Xalxalım” qəzetinə müsahibəsində bildirib. Onun sözlərinə görə, lüğətin birinci cildi yalnız “A” hərfi ilə başlayan sözlərdən ibarət olacaq. Müəllif lüğətdəki sözləri toplamaq məqsədilə görülən işlərdən də söz açıb. “Bu lüğəti yazmaq üçün iki alanda fəaliyyət göstərdik: Kitabxanada və meydanda. Meydan alanında Azərbaycan vilayətlərinin bir çox kəndlərini və köçərilərin yaşadıqları yerləri gəzərək bu bölgələrin ağsaqqalları ilə söhbət etdik. Beləliklə, müvafiq sözləri qeydiyyata aldıq. Kitabxana alanında isə, Azərbaycan şəhərlərində çap olunan bütün əsərləri və kitabları araşdıraraq çox sayda sözləri çıxara bildik”,-deyə o, bildirib. Beyute lüğətdəki sözlərin ustadların təyidi və danişqahların elmi heyətinin müsbət nəzəri ilə dəqiqləşdirildiyini diqqətə çatdırıb.

Related Articles

Bir cavab yazın

Back to top button