AzərbaycanDünya

“24 aprel erməni soyqırımı” cəfəngiyyatdır

Ermənilər hər il avrilin 24-də öz xəyanətkar əməllərini ört-basdır etmək üçün qondarma “erməni soyqırımı” iddiasını irəli sürürlər. Ermənilərin qondarma “soyqırımı” iddiaları tamamilə yalandır. Bunu təkcə tarixi bəlgə yox, eyni zamanda ermənilərin bəlli davranışları da təsdiqləyir. Ümumiyyətlə qondarma “erməni soyqırımı” iddiaları 4 iyrənc məqsədin həyata keçirilməsinə xidmət edir. 1. Qondarma “soyqırımı” nın bütün dünyada tanıdılması; 2. Türkiyənin bu “soyqırımı” etiraf etməsinə nail olmaq; 3. Türkiyənin “soyqırım”a məruz qalmış ermənilərin vərəsələrinə xəsarət ödəməsi; 4. Türkiyənin doğusunda ermənilərə torpaq verilməsi. Şübhəsiz ki, belə cəfəng iddialar Türkiyənin Ermənistana münasibətini yumşaltmağı, o cümlədən sınırları açmağa məcbur etməyi, habelə qardaş ölkənin nüfuzuna xələl gətirmək, onun Avropa Birliyinə gedən yolunu bağlamaq məqsədi güdür.
Bildirək ki, ermənilərin qondarma “soyqırımı” iddiaları Böyük Britaniyanın Elmlər Akademisinin I Dünya Savaşı ərəfəsində dünya uluslarının sayı haqqında verdiyi amarla ifşa olunub. Belə ki, amara görə I Dünya Savaşı ərəfəsində dünya ermənilərinin sayı 1 milyon 500 mindən bir az artıq olub. Ermənistan isə guya 1915-ci ildə 1 milyon 500 min ermənin öldürüldüyünü iddia edir. Bu durumda təxminən yüz min erməni əhalisi qalmalı idi. Bu sayda erməninin çoxalaraq dünya ermənilərinin indiki sayını ifadə edən milyonlara çatması isə olası deyil. Türkiyə dönələrlə Ermənistana, habelə dünya birliyinə ermənilərin iddiaları ilə bağlı müraciət edib. Tarixi hadisələrin araşdırılması üçün ortaq komisiyonun yaradılmasını, bu məsələ ilə bağlı bütün arşiv sənədlərinin açılmasını təklif edib. Hətta Türkiyə Cümhuriyyətinin rəhbərliyi Osmanlı dövrün arşivlərin qapılarının da dünyanın bütün tarixçi ailmlərinin üzünə açıq olduğunu bəyan edib. Bu təklifə cavab verməyən ermənilərin gerçək bəlgələrə əsaslanmadığı, qondarma iddiadan ideoloji və siyasi məqsədlərlə istifadə etdiyi indi dünya ictimaiyyətinə yaxşı bəllidir.
Tarixçi uzmanlar bildirirlər ki, ermənilər həmin vaxt “batı Ermənistan” dövləti yaratmağa nail olmadıqları üçün hər il avrilin 24-nü “soyqırımı günü” kimi qeyd edirlər. Bir daha vurğulayaq ki, erməni “tarixçi”lərin 1915-ci ilin avril-mey aylarında doğu Anadoluda 1 milyon 500 min erməninin sanki “türklər tərəfindən qətlə yetirildiyini” iddia etməsi cəfəngiyyatdır. Çünki, Osmanlı imperiyası dövründə əhalinin siyahıya alınması zamanı burada cəmi 1 milyon 200 min erməninin yaşadığı bəlli edilib. Bu sənədin özü də qondarma “erməni soyqırımı” nın gerçəklikdən uzaq, habelə böhtan olduğunu bir daha təsdiqləyir. Əslində isə həmin vaxt I Dünya savaşında iştirak edən Osmanlı dövlətinin ağır vəziyyətindən istifadə edən erməni silahlı birləşmələri çox sayda türk kəndlərinə hücum ediblər. Ermənilər minlərlə dinc əhalini qətlə yetirməklə əsl soyqırımı törədiblər. Qondarma “erməni soyqırımı”nın istifadəyə yararsız bir “alət”ə çevriləcəyi gün şübhəsiz ki, gələcək.

Related Articles

Bir cavab yazın

Back to top button