AzərbaycanDünya

Azərbaycanlı qız “O Ses Türkiye” münsiflərini heyran qoydu – VİDEO

https://www.youtube.com/watch?time_continue=1&v=E79jzji3LFE&feature=emb_logo

Türkiyənin ən reytinqli layihələrindən biri olan “O Ses Türkiye”də dünən azərbaycanlı iştirakçı çıxışı ilə hər kəsi heyran qoyub.
Sözügedən müsabiqəyə Bakıdan qatılan iştirakçı Günay Bəylərqızı olub. O, “Saçlarını yol gətir” adlı mahnını ifa edib. Səsi ilə həm tamaşaçıların, həm də 4 münsif heyətinin ürəyini fəth edən Günay Bəylərqızından mahnını yenidən ifa etməsi xahiş edilib.
Seçim arasında qalan azərbaycanlı iştirakçı Murat Bozu seçib.
Qeyd edək ki, Günay Bəylərqızı “Səs Azərbaycan” layihəsinin finalçılarından biri olub.
Bundan başqa müsabiqədə, Acun Ilıcalı “Səs Azərbaycan” layihəsinin təşkilatçılarına da səslənib. O, dəvət etsələr sevə-sevə Azərbaycana gələcəklərini bildirib.
(Yeniavaz.com)

Related Articles

Bir cavab yazın

Back to top button