Azərbaycan

27 İYUN- TÜRK DİLİNİN RƏSMİ DÖVLƏT DİLİ ELAN OLUNMASI GÜNÜDÜR

Azərbaycan Xalq Cümhuriyyətinin qısa müddət ərzində həyata keçirdiyi tədbirlər xalqımızın tarixində böyük və əhəmiyyətli izlər buraxıb.
Azərbaycan dövlətçiliyi simgələrinin qəbul edilməsi, ana dilinin dövlət dili elan olunması gələcək müstəqilliyi üçün möhkəm zəmin yaradıb. Demokratik dövlət quruculuğu, iqtisadiyyat, mədəniyyət, təhsil, nizami quruculuq sahələrində atılmış addımlar Azərbaycan Xalq Cümhuriyyətinin 23 aylıq fəaliyyətini əks etdirən əsas istiqamətlər kimi qiymətləndirmək olar.
Azərbaycan türkcəsinin sözün əsl mənasında dövlət dili kimi işlənməsi təcrübəsi geniş şəkildə ilk Azərbaycan Parlımanın dilində əksini tapmışdır. Dövlət idarələrində müəyyən müddət ərzində rus dilinin işlənməsinə də icazə verilməsi Parlımana aid deyildi. Ona görə də Parlımanın dillərin işlənməsi məsələsi, təbii olaraq, qanunverici hakimiyyətin, Parlımanın üzvlərinin öhdəsinə buraxılmışdı. Parlımanın istifadə etdiyi dil dövlət dili statusuna malik Azərbaycan türkcəsi idi. Qeyri-yerli Parlımanın nümayəndələri çıxışların rus dilində olmasını təklif etdikdə, Parlımanın iclaslarından birində bu məsələ ayrıca müzakirə olunmuş və bu xüsusda qərar qəbul edilmişdi. Qərara əsasən, Parlımanın rəsmi dili Azərbaycan türkcəsi elan olunmuş, digər millətlərin nümayəndələrinin rus dilində çıxış etmələri məqbul hesab edilmişdi.
Azərbaycan türkcəsini dövlət dili elan edən ilk rəsmi sənəd çox böyük tarixi rol oynamaqla yanaşı, Azərbaycanda milli dil siyasətinin formalaşmasının, millətin mənafeyinə uyğun düzgün ideoloji mövqeyin əsasını qoydu. Qeyd etmək lazımdır ki, Azərbaycan hökumətinin qərarı sadəcə deklorativ bir sənəd deyildi; qərarın qəbulundan irəli gələn məsələlər vaxtaşırı olaraq parlımanın iclaslarında müzakirə olunur, Azərbaycan türkcəsini bilməyənlərin bu dili öyrənməsi üçün kilass təşkil edilirdi ki, hökumət həmin məqsədlə 351 min manat vəsait ayırmışdı.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close