Dünya

“Ukraynadakı müharibə yeni çağırışdır” – Ərdoğan

Türkiyə 70 ildir NATO-nun qürurlu və vazkeçilməz üzvüdür. 1952-ci ildə azadlığı və demokratiyanı müdafiə etmək üçün Koreyaya qoşun göndərdikdən sonra alyansa üzv olub.

Bunu Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan “The Ecomomist” nəşrində dərc olunan məqaləsində qeyd edib.

Məqalədə vurğulanıb ki, “soyuq müharibə” dövründə və ondan sonra Türkiyə Yaxın Şərq, Qafqaz və Qara dəniz regionlarında sabitləşdirici və müsbət aktor olub.

Ərdoğan Türkiyənin İsveç və Finlandiyanın üzvlüyünə etirazının indiyə qədər terrorun hədəfi olan bütün üzvlər adına atılan qərarlı addım olduğu qeyd edib.

“Terrorun dini, milləti və rəngi yoxdur. Məqsədi mülki əhaliyə zərər vurmaq olan hər bir təşkilata qarşı möhkəm dayanmaq bu ittifaqın ən mühüm missiyalarındandır. Bu məsələdə heç bir ölkənin imtiyazı yoxdur.

Bundan əlavə, Ukraynadakı müharibə beynəlxalq nizam, böyük güc rəqabəti və avroatlantika təhlükəsizliyi üçün yeni çağırış oldu. Tarixin ən böyük hərbi ittifaqı olan NATO-nu ayağa qaldırdı”, – deyə məqalədə vurğulanıb. (modern.az)

Related Articles

Bir cavab yazın

Back to top button