İran

400-dən çox iranlı mədəni fəal bəyanat imzalayıb-“Siyasi və vicdan məhbusları azad edilsin”

Tanınmış yazıçı və siyasi fəal Bəktaş Abtinin İran zindanında vəfat etməsi ölkədə etirazlara səbəb olub.

400-dən çox mədəni və vətəndaş cəmiyyəti fəalı bəyanat imzalayaraq İran İslam Respublikasını repressiv quruluş adlandırıb, həbsdə olan çox sayda yazıçı, vicdan və siyasi məhbusun dərhal azad edilmələrini tələb ediblər.

İranın tanınmış yazıçı, ziyalı, mədəniyyət xadimləri və jurnalistlərinin imzaladığı bəyanatda ölkədə hazırkı boğuntulu durumu, fərqli düşünənlərə qarşı amansız davranışı “repressiv İran quruluşunda fərqli düşünən hər hansı müstəqil düşüncənin aradan aparılması uğrunda uyğulanan qəddar prosesinin davamı” kimi qiymətləndirilib.

“İran zindanlarında fərdlərin təhlükəsizliklə bağlı hüquqlarının tapdalanması hər kəsə məlumdur. Məhbuslar, xüsusilə də vicdan və siyasəi məhbusları psixoloji cəhətdən zəiflədirlər. Təhlükəsizlik və inzibati maneələr təcili və zəruri tibbi müalicənin göstərilməsinə imkan vermir və ya tibbi xidmətlərdən istifadəni gecikdirir.

Hal-hazırda zindanlarda koronovirusun yenidən yayılması və məhbusların həyatlarının təhlükə qarşısında olduğu bir vaxtda, onlar zindandan qıraqda olan hüquq müdafiəçilərinin dəstəyinə daha çox ehtiyac duyurlar”-deyə, bəyanatda bildirilir.

Bəyanatı imzalayanlar hazırkı dövrdə siyasi və vicdan məhbuslarına qarşı amansız münasibəti, yeni şəxslərin həbs edilməsini İran hakimiyyətinin bilərəkdən həyata keçirdiyi reppressiv əməl adlandırıb, gələcəkdə həyatlarını itirəcək məhbusların məsuliyyətinin hökumətin üzərinə düşdüyünü qeyd edərək, hökuməti bütün siyasi və vicdan məhbuslarını azad etməyə çağırıblar.

Qeyd edək ki. bundan öncə 2021-ci ilin dekabr ayında İran Yazıçılar Birliyi bəyanat yayaraq söz və ifadə azadlıqlarının məhdudlaşdırılmasına və dinc müxaliflərə qarşı repressiyaların gücləndirməsinə etiraz edib.

“İranda senzura hakimiyyəti sayəsində demokrat və azadlıqsevər yazıçıların payına düşən təhdid, sürgün və qətldən başqa bir şey deyil”, deyə bəyanatda bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button