AzərbaycanDünyaİran

“433” futbol kanalından silinən “Traktor”a aid video təkrar paylaşılıb

Təbrizin "Traktor" və İsfahanın "Sepahan" komandalarının qarşılaşmasına aid video "433" səhifəsindən silinmişdi.

Videoda azərbaycanlı tərəfdarların “Traktor” komandasını dayanmadan alqışlamaları farsdilli istifadəçilərin narazılığına səbəb olmuşdu. Həmçinin azarkeşlərin Azərbaycan dilində şüarlar səsləndirmələri də fars istifadəçilərin qəzəbi ilə üzləşib.

Farslar videonun silinməsi üçün kampaniya başlatmışdılar və Azərbaycan komandasına rəğbəti ifadə edən videonun dünyada 70 milyon izləyicisi olan “433” İnstagram səhifəsindən silinməsinə nail olmuşdular.

Lakin aprelin 6-da farsların göz dağı olan Mehrdad Nikmərdin çəkdiyi video təkrarən kanalda paylaşılıb.

#Traktor

Related Articles

Bir cavab yazın

Back to top button