İran

47 ölkə İranda azadlıqların pozulmasını pisləyib

Almanın Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasındakı nümayəndəsi 47 ölkənin İranda azadlıqların pozulmasını qınayan və “insan haqları fəallarının cəsarətini” dəstəkləyən birgə açıqlamasını oxuyub.

Bu açıqlamada, İranda insan və söz azadlıqlarının pozulması, xüsusilə ölüm hökmünün geniş icrası, habelə tutuqlananlara işgəncə və pis rəftarla bağlı mötəbər məlumatların olması, ədalətli mühakimə imkanlarının olmaması tənqid edilib.

Açıqlamanı imzalayan dövlətlər hesab edirlər ki, İran höküməti “dinc etirazçılara qarşı qeyri-mütənasib güc işlətmək”lə bağlı müstəqil və şəffaf araşdırmaya şərait yaratmalı, qanunu pozanlar öz əməllərinə görə cavab verməlidirlər.

Qeyd edək ki, İran illərdir Birləşmiş Millətlər Təşkilatının xüsusi jurnalistlərin insan haqlarının pozulması hallarını araşdırmağa icazə vermir.

İranın Birləşmiş Millətlər Təşkilatının İnsan Haqları Şurasındakı nümayəndəsi isə səslənən tənqidləri rədd edib.

Show More

Related Articles

Bir cavab yazın

Back to top button
Close
Close