İran

5 rişterlik zəlzələdən sonra Sulduz və Xananın durumu

Tir ayının 18-i və 19-u Batı Azərbaycanın Sulduz Vilayətinin bəzi yerlərində 5 və 4.3 rişter gücündə iki zəlzələ əhalidə qorxu yaratsa da can tələfatı törətməyib və ancaq Sulduz və Xana vilayətlərində evlərdən bəzisinə xəsarət yetirib və çat yaranıb. Zəlzələ Yerin 10 kilometrliyində qaynaqlanlıb.
Zəlzələ olandan sonra Sulduz Vilayətinin Fəlakətlərlə Mübarizə Sitadı xəsarətin təyin edilməsi üçün bu vilayətin 95 kəndinə timlər göndərib və imdad qüvvələri də hazır vəziyyətə gətirilib.
Batı Azərbaycanın Qızıl Aypara Cəmiyyətinin amil müdiri Əmir Cəfərzadənin sözlərinə görə Əyalətin güneyində yerləşən imdad qüvvələri də hazır vəziyyətə gətirilib və ilkin bilgilərə görə zəlzələ Sulduzda böyük xəsarət törətməyib. Sadəcə kənd evlərinə cüzi xəsarət yetirib.
Xana Vilayətinin Fərhəngi Miras İdarəsinin rəisi Süleyman Bəşiri isə Əyalətdə 5 rişterli zəlzələ olduğu ilə bağlı deyib: “zəlzələdən sonra Xananın tarixi binalarına ehtimal olunan xəsarətin öyrənilməsi üçün gərəkən tədbirlər görülüb. Nəticədə bəlli olub ki, Xananın miladdan öncə 5-ci minilliyə dayanan tarixi təpəliyi Cəldianın bir hissəsi yıxılıb, sair tarixi əsərlərə xəsarət dəyməyib.”

Related Articles

Bir cavab yazın

Back to top button