İran

Purməhəmmədi: “Azərbaycan Təbrizlə iqtisadi əməkdaşlığı öncəlik sayır”

Doğu Azərbaycan əyalətinin başçısı Azərbaycan cümhuriyyətinin İranla iqtisadi əməkdaşlığı öncəlik hesab etdiyini deyərək qeyd edib: “Biz zəif hərəkət etsək, başqa ölkələr Azərbaycan bazarını ələ keçirəcəklər”.

Məlumata görə, Doğu Azərbaycan əyalətinin sənaye nümayəndələri və sadiratçıları ilə görüş çərçivəsində jurnalistlərə açıqlama verən Məhəmmədrza Purməhəmmədi əyalətin və ölkənin tərəqqisinin ürətimin və sadiratın gəlişməsindən asılı olduğunu söyləyib.

O, Doğu Azərbaycan əyalətinin iqtisadi nümayəndə heyətinin Azərbaycana səfərinə toxunaraq deyib: Azərbaycana sadiratı həyata keçirmək üçün yüksək potensialımız və imkanlarımız var və fərhəngi və coğrafi yaxınlığımıza görə azərbaycanlılar İranın bu ölkəyə sərmayə yatırmasını istəyirlər.

Azərbaycan məqamlarının İranla iqtisadi əməkdaşlığı öncəlik saydıqlarını bildirən Purməhəmmədi artırıb: “Biz zəif hərəkət etsək, başqa ölkələr Azərbaycan bazarını ələ keçirəcəklər”.

Related Articles

Bir cavab yazın

Back to top button