azDünya

Amerikanın peyvəndi 6 nəfərin ölümünə səbəb olub

Amerikanın əczaçılıq nəhəngi “Pfizer” və Almaniyanın “BioNTech” şirkəti tərəfindən hazırlanmış koronavirus peyvəndinin sınaqları nəticəsində altı nəfər ölüb. Bu barədə Amerika Qida və Dərmanların Keyfiyyəti Məsələləri İdarəsinin məlumatında deyilir. Bildirilib ki, ölənlərdən dördü plasebo (dərmanın imitasiyası), iki nəfər isə peyvəndin özünü qəbul edib. Peyvənd verilən qrupdakı xəstələrdən biri piylənmədən və aterosklerozdan əziyyət çəkib. O, dərmanın ilk dozasından üç gün sonra dünyasını dəyişib. İkinci könüllü ikinci dozadan 60 gün sonra ürəktutmasından keçinib. Plasebo qəbul edənlər arasında ikisi infarkt və insultdan vəfat edib, daha ikisinin ölüm səbəbi müəyyən edilir. Ölən altı nəfərdən üçü 55 yaşdan yuxarı şəxslərdir. Ümumilikdə, testlərdə 16 yaşdan yuxarı təxminən 38 min nəfər iştirak edib.

Related Articles

Bir cavab yazın

Back to top button