Azərbaycanİran

Təbrizli yeniyetmə Atilla Ərfəi müvəqqəti azadlığa buraxılıb

Təbrizli yeniyetmə Atilla Ərfəi müvəqqəti azadlığa buraxılıb. O, girov qarşılığında məhkəməyə qədər sərbəst buraxılıb.

Təbrizli yeniyetmə 16 yaşlı Atilla Ərfəi 400 milyon tümən girov qarşılığında müvəqqəti olaraq məhkəməyə qədər azadlığa buraxılıb.

Ona qarşı “sosial media vasitəsi ilə vətəndaşları üsyana təhrik etmək”, “küçə nümayişlərinə başçılıq” və “ümumi mülkiyyətə ziyan vurmaq” ittihamları irəli sürülüb.

Sentyabrın 21-də həbs edilən və asma xəstəliyindən əziyyət çəkən Atilla Ərfəi təcridxanada ağır döyülüb, işgəncə edilib və ağır bədən xəsarətləri alıb.

Related Articles

Bir cavab yazın

Back to top button