İran

80-ə yaxın fransız rəssam və ziyalıdan iranlı həmkarlarına dəstək

Kosta Qavras, Jak Audiard və Mişel Hazanavisso da daxil olmaqla 80-ə yaxın məşhur fransız kinorejissoru və ziyalısı İranda həbsdə olan Cəfər Pənahi, Məhəmməd Rəsulov və Mustafa Al-Əhmədi dəstəkləməkdən əl çəkməyəcəklərini bəyan ediblər.

İyulun 27-də Fransanın “Liberation” qəzetində dərc olunan bəyanata əsasən, bu məşhur şəxslər İran kinorejissorlarının  zülm və güclə mübarizə əzmini yüksək qiymətləndirib və onlar arasında mövcud olan həmrəyliyi alqışlayıblar.

“Həbsdə olan iranlı kinorejissorlar, siz azadlığa çıxana qədər sarsılmaz dəstəyimiz davam edəcək
Biz öz bədii fəaliyyətlərini davam etdirmək üçün hər gün mübarizə aparan bütün İran sənətçiləri, yazıçıları və kinematoqrafçıları ilə tam həmrəy olduğumuzu bildiririk”-deyə, bəyanatda bildirilir.

Related Articles

Bir cavab yazın

Back to top button