İran

İranın atom proqramının təfərrüatlari üzə çıxıb

İranın atom proqramının gizli ayrıntıları bəlli edilib. Belə ki, tapılan sənədlərdə pompaj vasitələri, santrifyuj yədək parçaları və atom silahı ürətən dəstqahlar üçün gizli təchizatın olduğu bildirilib. Məlumatlar Qərbin ittilaat məqamlarının araşdırmaları nəticəsində üzə çıxıb. Əldə edilən bilgilərə əsasən, Tehran atom proqramının atom silahı ürətimində istifadə edilə bilən əsas təchizatını və qaynaqlarını Birləşmiş Millətlər Təşkilatının bazrəslərindən gizlədib. Bu barədə Böyük Britaniyanın “Daily Telegraph” qəzeti də yazı dərc edib. Məlumata görə, Qərb ittilaatının yüksək rəsmi məqamları bildiriblər ki, İran öz atom proqramının həqiqi miqyasını xarici dünyadan gizlətməyə çalışır. Bu da onu sübut edir ki, Tehran atom anlaşması şərtləri çərçivəsində öz beynəlmiləl öhdəliklərini yerinə yetirmək fikrində deyil. Bundan başqa, İran məqamları öz atom saytlarında karbon fibri kimi maddələri gizli şəkildə qabaqcıl santrifyujlar ürətmək üçün istifadə edə bilər. İttilaat məqamları hesab edirlər ki, atom anlaşması çərçivəsində İranın Atom Enerjisi üzrə Beynəlmiləl Ajansın bazrəslərinə bildirməsi gərəkən maddələr 75 kontinerdə saxlanılır. İttilaat mahvarələri tərəfindən toplanan görüntülərə əsasən, bu maddələrin yerləşdiyi kontinerlərin başqa ərazilərə daşındığı bəlli edilib. Belə ki, kontinerlər İranın Atom Enerjisi Təşkilatı və “Sepah”ın idarə etdiyi saytlara daşınır, bəziləri isə İsfahandakı uranium emalı mərkəzində saxlanılır.

Related Articles

Bir cavab yazın

Back to top button