İran

İran qəzetindən tələb: “Cənab Qalibaf, istefa verin!”

İranın islahatçılara məxsus "Aftab" qəzeti bugünkü nüsxəsinin manşetini parlamentin sədri Məhəmməd Baqer Qalibafın ailə üzvlərinin Türkiyəyə qalmaqallı səfərinə həsr edib.

“Aznews tv” Telegram kanalı xəbər verir ki, qəzet Qalibafı bu hadisəyə görə istefa verməyə çağırıb.

“Tarixdə yazacaqlar ki, xalq qarnını güclə doyurduğu bir vaxtda həmin ölkənin İslam Şurası Məclisin sədrinin xanımı və övladı körpə uşağa paltar və ləvazimatlar almaq üçün Türkiyəyə getmişdi”, – deyə yazıda vurğulanır.

Qeyd edək ki, bir neçə gün öncə Qalibafın xanımının qızı və damadının yaxınlarda doğulacaq körpəsi üçün Türkiyəyə paltar və digər ləvazimatlar almağa getməsinə dair görüntülər yayılıb. Bu hadisə sosial şəbəkələrdə İran vətəndaşları tərəfindən kəskin tənqid edilir.

Related Articles

Bir cavab yazın

Back to top button