“Fars” xəbər ajansının məlumatına görə, Ərdəbil Azad İqtisadi Bölgəsinin yaradılmasının gecikdirilməsini tənqid edən Seyid Kazım Musəvi habelə bildirib: “Əyalətin bütün dörd nöqtəsinin azad iqtisadi zonaya çevrilməsi bölgə əhalisinin işsizlik probleminə yardım edəcək”.
“Hökumət bölgənin iqtisadiyyatını inkişaf etdirmək üçün Ərdəbil Azad İqtisadi Zonasının yaradılmasına qərar verməlidir”, – deyə o əlavə edib.
Ərdəbil əyalətinin şəhərətrafı və yoxsul bölgələrində 200 minə yaxın insanın yaşadığını vurğulayan Musəvi qeyd edib: “Ərdəbil əyalətində 70 min işsiz insan var və məşğulluq sahəsinə sərmayə yatıraraq gəlir gətirən strategiyalaın yaradılması əhalinin əsas tələblərindəndir”.
O, sonda 175 kilometrlik Ərdəbil-Miyana dəmir yolunun təməlinin atılmasından artıq 18 il keçməsinə baxmayaraq, layihənin tamamlanmadığını və Güney Azərbaycan əhalisinin hökumətin bu davranışından narazı olduğunu söyləyib.