
Bu barədə yerli sosial media istifadəçiləri məlumat yayıblar.
Bildirilir ki, həmin şəhərlərdə yerləşən hərbi bazarlardan İsrailə raket hücumları edilib.
“Sakinlər İsrailin cavab hücumlarından qorxduqları üçün daha təhlükəsiz bölgələrə getməyə çalışırlar”,- məlumatlarda deyilir.
Qeyd olunur ki, hökümət məmurlarının sakinlərin evlərini tərk etmələrinə mane olduqları üçün bəzi yerlərdə qarşıdurmalar yaranıb.
Xatırladaq ki, aprelin 2-i İranın İsrail ordusunun Dəməşqdə İran konsulluğuna bağlı binaya endirdiyi zərbələr nəticəsində 7 SEPAH komandiri həlak olub.
Bundan sonra İran Kirmanşah və İsfahan şəhərlərində yerləşən hərbi bazalardan İsrailə 300-dən çox raket buraxıb.
Qısa müddət sonra isə həmin bazalara PUA hücumalrı olub, hərbi mərkəzlərə ciddi ziyan dəyib.





