Azərbaycan

Türkiyə Xarici İşlər Nazirliyi Fransa Senatının qətnaməsini pisləyib

Türkiyə Xarici İşlər vəzirliyi novambrın 25-də Fransa Senatında “Dağlıq Qarabağ cümhurisinin tanınmasının zəruriliyinə dair” 145 nömrəli qətnamənin qəbul edilməsi ilə bağlı bəyanat yayıb.
Bəyanatda bildirilib ki, Fransa Senatının Dağlıq Qarabağ münaqişəsi haqqında dünən qəbul etdiyi qətnamə beynəlxalq hüququn prinsiplərinin kobud şəkildə pozulmasıdır.
“Qətnamədə Türkiyə ilə bağlı qeyd olunan əsassız iddiaları isə tamamilə rədd edirik. Fransa Senatının bu qərarı bitərəf olması zəruri olan Avropada Əmniyət və Əməkdaşlıq Təşkilatının Minsk Qrupu həmsədrlərinin bu günə kimi məsələyə niyə həll yolu tapmadığının, necə tərəf tutduğunun açıq nümunəsidir. Ermənistanın daha əvvəl Tovuzda, sonra Dağlıq Qarabağda nümayiş etdirdiyi təcavüzkar hərəkətlərinə və təxribatlarına Azərbaycan lazımi cavabı verib və təxminən 30 ildir işğal altında olan torpaqlarını azad edərək ərazi bütövlüyünü bərqərar edib. Azərbaycanın döyüş meydanında əldə etdiyini nəticə Birləşmiş Millətlər Təşkilatı qətnamələrinə söykənir”, – deyə məlumatda bildirilib.

Related Articles

Bir cavab yazın

Back to top button