Jannah Theme License is not validated, Go to the theme options page to validate the license, You need a single license for each domain name.
İran

İranda əkinçilər məhsulların satışında çətinliklə üzləşiblər

Takistan şəhərinin üzüm bağları Qəzvin vilayətinin taysız iqtisadını güclərindən biridir. Ancaq üzüm bağlarının yiyələrinin qazancları çəkdikləri xərclərdən azdır. Üzümçülərin sözlərinə görə, Cahad Kişavərzi Sazimanından 1 nəfər belə onların müşkül və dərdlərini dinləməyə gəlməyib. İlgili idarələrə müraciətlər cavabsız qalıb. Bağçıları Himayə Sandığı tərəfindən bağ yiyəsinə hər 1 hektar üzrə ancaq 1 səhm kağızı verilir. Amma kişmişin zəmanətlə alınması məsələsində isə məsullar sanki yoxa çıxırlar.
Takistan əhalisinin Məclisdəki nümayəndəsi Rəcəb Rəhmani məsələyə münasibət bildirib. “Cahad Kişavərzi Vizarəti tərəfindən kişmişin zəmanətli alışı, takistanlı bağçıların əsas istəkləridir. Bu məsələ üzrə Bərnamə və Büdcə Sazimanı mücəvviz verməlidir. Prezidentin müavini və sazimanın rəisi vasitəsilə qərarın çıxarılması üçün işlər görülür. Qəzvin əyalətində üzüm yetişdirənlərlə sadir edənlər üçün 200 milyard tümən bank təshilatı ayrılıb. Bu tərhə görə, kişmiş sadir edənlər bölgənin bağçılarından 500 ton üzüm almalıdırlar. Beləliklə, takistanlı bağçıların müşkülü həll olunacaq”,-deyə o, bildirib.
Deməliyik ki, dəllalar üzümün hər bir kilosunu 15 min tümənə alırlar. Məsul idarələr tərəfindən bu durumun qarşısı alınmır.

Related Articles

Bir cavab yazın

Back to top button