İran

İranda siyasi məhbus edam edilib

Bu gün səhər siyasi məhbus Əbdülhəmid Mirbəluçzehi Zahidan mərkəzi zindanında edam edilib. Bildirək ki, ailəsi onun çərşənbə günü Zahidan şəhər zindanının ümumi bəndindən infiradi sellula aparıldığını bildirib. Onlar siyasi məhbusun yaxın zamanda edam ediləcəyi ilə bağlı xəbərdarlıq ediblər.
Vəkil Mustafa Nili məhbusun edam xəbərini təyid edərək tuiter səhifəsində yazıb: “Təəssüf ki, Əbdülhəmid Mirbəluçzehi-nin ailəsi ilə təmasda onun edam hökmünün icra olunduğunu bildim. Əbdülhəmid Mirbəluçzehi-nin ailəsindən utandım ki, heç nə edə bilmədim”. Xatırladaq ki, Mustafa Nilli Mirbəluçzehinin edam hökmünün dayandırılması və pərvəndəsinə yenidən baxılması ilə bağlı çağırış etmişdi.

Related Articles

Bir cavab yazın

Back to top button