
Azərbaycanlı fəallar Seyid Musa Ziya Gərgəri və Muxtar İbrahimi həbs cəzasına məhkum edilib. Belə ki, Muxtar İbrahimi “hakimiyyətə qarşı qrup yaratmaq, anti-rejim kanallarına və qruplarına üzv olmaq” ittihamı ilə 10 il, Seyid Musa Ziya Gərgəri isə “rejimə qarşı təbliğat fəaliyyəti” ittihamı ilə bir il həbs cəzası alıb. Hökm Marağa İnqilab Məhkəməsinin rəisi qazi Cabbari tərəfindən verilib və şifahi şəkildə azərbaycanlı fəalların vəkili Əsğər Məhəmmədiyə bildirilib. Qeyd edək ki, Muxtar İbrahimi keçən il aqustun 26-da Marağada, Musa Ziya Gərgəri isə septambrın 16-da Sulduzda İranın əmniyət qüvvələri tərəfindən həbs olunub. Azərbaycanlı fəallar öncələr də dinc mədəni fəaliyyətlərinə görə tutuqlanıblar.