Azərbaycan

Azərbaycan təbiəti tədbirsizliyə qurban gedir

Azərbaycan coğrafiyası tarixi olaraq çox zəngin təbiətə sahibdir. Bol su və zəngin toprağı olan Azərbaycan- tarix boyunca əkinçilik mərkəzinə dönüşdürdü

Azərbaycan coğrafiyası tarixi olaraq çox zəngin təbiətə sahibdir. Bol su və zəngin toprağı olan Azərbaycan- tarix boyunca əkinçilik mərkəzinə dönüşdürdü. Elə yaxın tarixi sənədlərdə belə Azərbaycan bölgəsinin bütün İran-a yetəcək qədər əkinçiliyə sahib olduğunu göstərən sənədlərə rastlamaq mümkündür. Ancaq modern çağda İran imumiyyətlə əkinçilik teknolojiləriylə uyğun gəlişəbilmədi. Bu məsələ ən başda enerji və su qaynaqlarının itlaf olmasına səbəb oldu. Daha çnəmlisi də Azərbaycan təbiətinə ciddi zərərlər verdi. Urmu Gölünün qurudulması Azərbaycan təbiətinə qalıcı bir zərər verdi ki uzun illərcə ziyanı sürəcək. Başqa önəmli bir məsələ də İran-dakı su məsələsidir. Azərbaycan bölgəsi tarixi olaraq sulu bir bölgə olsa da Tehran hakimiyyəti su qaynaqlarını quru və daha mərkəzi bölgələrə daşıyaeraq ekosistemə ciddi zərər veribdir. Yaxın zamanda Əl-Əhvaz bölgəsindəki su etirazları da bənzər siyasətlərin ortaya çıxardığı sorunları göstərirdi. Görünən o ki İran hakimiyyəti imumiyyətlə Fars olmayan bölgələrə başda Azərbaycan və əl-Əhvaz-a tamamən bir müstəmərə gözüylə baxır. Niyə ki doğal olaraq sulu əkimə uyğun olmayan İsfahan və Yəzd bölgələrinə zorla daşınan su nə o bölgələri düzgün abadlaşdırabildi nə də ki Azərbaycan bölgəsini rahat buraxdı. Hakimiyyətin Fars olmayan bölgələrə olan müstəmərə baxışının zərəri təkcə bunlarla da sınırlı qalmadı. Özəlliklə mədənlər baxımından zəngin olan Azərbaycan bu sərvətindən ancaq zərər gördü. Süngünün Mis mədəni Tehran və onun qurduğu rant şəbəkəsini zəngin edərkən bölgə xalqına ancaq aclıq qaldı üstəlik təbiətləri də məhv oldu. Eyni siyasət bu gün Azərbaycan-ın ayrı bölgələrində də dəvam edir. Zəngan-ın Hüsenabad kəndində dəmir mədəni bölgəyə böyük zərər veribdir. Ortaya çıxardığı təbiət kirliliyi millətin tək geçim qaynaqları olan əkinçiliyi də məhv eliyib. Çərşənbə günü kənd əhalisi bu məsələyə etiraz eləmək istədilər ancaq polis məmurlarının aşırı şiddətinə məruz qaldılar. Elə ki Az News TV-nın yayınladığı xəbərə görə ən azından 8 nəfər polisin şiddəti nəticəsində yaralanıb və 15 nəfər də tutuqlanıbdır. Habelə Xoy-un Siyəhbaz kəndində də bir Ahək və ya Kireç mədəni böyük bir ətraf mühit fəlakətinə yol açmaqdadır. Evoğlu yolunun üstündə açılmaya çalışılan bu mədən əkin yerləriylə çox yaxın bir məsafədədir. Bu durum çevrə sevərlərin etirazına səbəb olubdur. Geçdiyimiz gün çevrə sevərlər bu mədənin açılışına və özəlliklə də əkin yerlərinin yaxınlığında olmasına etiraz eləmişdilər. Evoğlu şəhərinin yaxınlığında qurulmaya çalışılan Kireç mədəni insanlara böyük zərərlər verəbilər və 7 min nəfər əhaliyə sağlıq riski oluşturabilər. Habelə əkinçiliklə geçinən millət üçün də cçox ciddi bir təhdid sayılır. Azərbaycanın harasına baxarsanız baxın həddindən artıq çevrə fəlakətləriylə qarşılaşmaq olar. Əhər-də sağlıq atıqlarının ortaya buraxılmasından mədənlərin hesabsız kitabsız sömürülməsi milyonlarca insanın həyatını riskə soxur. Bu sorunların hamısının qaynağında hakimiyyətin Azərbayacana bir müstəmərə kimi baxıb qaynaqlarını sömürməyə çallışdığında axtarmaq olar.

Related Articles

Bir cavab yazın

Back to top button