İran

Abbas Lisani tibbi mürəxəsiyə buraxılıb

Avqustun 30-u, axşam saatlarında Ərdəbil həbsxanasında saxlanılan tanınmış milli fəal Abbas Lisani 800 milyon tümənllik girov qarşılığında 4 günlük tibbi mürəxəsiyə buraxılıb.
Bundan öncə, avqustun 11-də Abbas Lisaninin ailə üzvlərinin verdiyi məlumata görə, onun vəklii məhkəmə orqanlarına müraciət hazırlayıb.
Müraciətdə Anayasanın 477-ci maddəsinə əsasən siyasi məhbusun işinə yenidən baxılması tələb edilir.
Bu barədə Abbas Lisaninin yaxınları məlumat yayıb. Məsullar azərbaycanlı fəalın məhkəmə işinin tezliklə Tehrana göndəriləcəyini bildiriblər.
Avqustun 11-də Lisaninin ailə üzvlərinin yenidən Ərdəbil Məhkəməsinə müraciətindən sonra bəlli olub ki, onun məhkəmə işi Tehrana göndərilib.
Məhkəmə əməkdaşları bildiriblər ki, Abbas Lisaninin məhkəmə işi BMT-nin İnsan Haqları Şurasının tələbi əsasında Tehrana göndərilib və bundan sonra iş İran Məhkəmə Sisteminin Xarici İnsan Haqları Bölməsi vasitəsilə BMT-nin İnsan Haqları Şurasına veriləcək.

Related Articles

Bir cavab yazın

Back to top button