İran

Güney azərbaycanlı fəalın taleyindən xəbər yoxdur

Bildirək ki, İranın əmniyət gücləri abanın 8-də Gilanın Rəşt şəhərində yaşayan güneyli milli fəal Vədud Əsədinin evinə basqın ediblər.

Azərbaycanlı fəal Vədud Əsədinin tutulmasından 4 gün keçsə də, onun harada və hansı səbəbdən tutulması və vəziyyəti haqda heç bir məlumat verilmir.

Bildirək ki, İranın əmniyət gücləri abanın 8-də Gilanın Rəşt şəhərində yaşayan güneyli milli fəal Vədud Əsədinin evinə basqın ediblər.

Onlar Vədud Əsədini yaxaladıqdan sonra ona aid kompüteri, eləcə də mobil telefonu müsadirə ediblər. Hökumət qüvvələri habelə azərbaycanlı fəalın ailə üzvlərinə aid 4 ədəd mobil telefonu da özləri ilə aparıblar.

Bundan öncə Vədud Əsədi bir neçə dəfə İran rejiminin qüvvələri tərəfindən həbs olunub və ya hədələnib.

Azərbaycanlı fəal İkinci Qarabağ savaşı zamanı da İranın Ermənistana yardımına etiraz etdiyi üçün 13 gün müddətinə tutulmuşdu.

Related Articles

Bir cavab yazın

Back to top button