Dünya

Rafael Qrossi: İranın atom proqramına nəzarət sıx buludlarda uçmaq kimidir

Qrossi "Associated Press"ə müsahibəsində tezliklə İrana səfər edib yetkililərlə üz-üzə danışa biləcəyinə və bununla ajansın yenidən atom proqramının mövqeyinə nəzarəti ələ ala biləcəyinə ümid etdiyini deyib.  

Uluslararası Atom Enerjisi Ajansının başqanı Rafael Qrossi bu qurumun İranın atom proqramına nəzarəti ilə bağlı çalışmalarını “sıx buludlarda uçmağ”a bənzədib və indiki durumun belə davam edə bilməyəcəyi haqda uyarıb.

Qrossi “Associated Press”ə müsahibəsində tezliklə İrana səfər edib yetkililərlə üz-üzə danışa biləcəyinə və bununla ajansın yenidən atom proqramının mövqeyinə nəzarəti ələ ala biləcəyinə ümid etdiyini deyib.

O, habelə “əgər İran öz atom proqramını sivil fəaliyyətlər üçün davam etdirmək istəsə, açıq şəkildə orada nə baş verdiyi ilə bağlı zəmanət verməlidir”, – deyə xatırlatma edib.

İranda hökumət dəyişikliyi ilə, İslam Cumhuriyyətinin atom təsisatları ətrafında sərt əmniyət tədbirləri görməsi ilə bağlı uyaran Qrossi habelə vurğulayıb: “Bu addım bizim monitorinq qrupumuza çətinlik yaradır. Biz bu məsəsləni diqqətdə saxlayırıq. Mən heç vaxt monitorinq qrupumu təhlükə qarşısında qoymayacağam”.

Bu arada, İsrail də İrana qarşı uluslararası tədbirləri ortaya qoymaq üçün öz çalışmalarına davam edir. Belə ki, İsrail baş baxanı Naftali Bennet “Qlazqo” zirvə toplantısında dünya liderlərindən İran əleyhinə basqıları daha da artırmağı və Birləşmiş Millətlər Təşkilatının Əmniyət Şurası və Uluslararası Atom Enerjisi Ajansında İrana qarşı daha sərt mövqe qoyulmasını istəyib.

Related Articles

Bir cavab yazın

Back to top button