İran

ASTARADA OLAN OĞRULAR TUTULDU

Ərdəbil Ustanının Astara şəhərində bir müsəlləh oğru intizami qüvvələr tərəfindən tanınaraq tutulub.
Astara şəhristanının intizami qüvvələrindən bildirilir ki, bu iki oğrudan 2 ədəd isti silah zəbt olunub. Onlardan qaça bilmiş birinin tutulması görüntüləri ictimai şəbəkələrdə yayılıb. Həmin qaça bilmiş oğrunun video görüntüsündə motorsikletə mindi və qaçarkən intizanmi qüvvənin otomobilənə qarşı gəlib toqquşduğu görünür. Oğru mindiyi motordan yıxılaraq silah çəkib və məmurlara sarı tutub. Məmurlar da bir-bir maşından düşərək biri əllərini yuxarı tutmaqla silahlı oğruya yaxınlaşmağa cəhd edib. Həmin məmur atışma olmasın deyə oğrunu dilə tutub, yaxınlaşanda əlini kürəyinə salıb və əlində silah olan digər məmur isə oğrunun qolunu sıxaraq silahı əlindən alıb. Sakinlər də məmulara köməklik edib və beləliklə ikinci silahlı oğru da tutulub.
Oğrunun döyülüb döyülmədiyi videoda bildirilmir.
Cəza hüququnda cürm törədənlərin hüquqları baxımdan döyülmələrinə icazə vermir.
Yeri gəlmişkən vurğulayaq ki, Astara şəhristanı Ərdəbil Ustanının ərazisi olub amma İran dövlətinin asimilasion siyasəti olaraq bir neçə il qabaq Ərdəbil Ustanından çıxarılıb Gilan Ustanına birləşdirilib.
Azərbaycan ustanlarını zəiflətmək üzrə İran dövlətinin bu siyasi və coğrafi addımı Ərdəbil Ustanını Quzey Azərbaycanla mərzə malik olduğundan məhrum edərək iqtisadi gəlirini də xeyli miqdarda azaldaraq yoxsul ostanlar səviyyəsinə enməsinə sürükləyir və İran dövlətinə doğma sayılan Gilan Ustanının isə gündən günə iqtisadi vəziyyətinin və gəlirinin yaxşılaşmasına səbəb olmaqdadır.

Related Articles

Bir cavab yazın

Back to top button