Azərbaycanİran

Güneyli aktivistin azad olunmasına zəmanət kimi mülk sənədinin qoyuluşu mümkün olmayıb

Tehran şəhəri Evin Həbsxanasında saxlanılan aktivist Vədud Əsədinin ailəsi onun müvəqqəti azad olunması üçün zəmanət kimi mülk sənədi qoyulmasının tələb olunduğunu bildirib.

Məlumata əsasən, həbsxananın müdiriyyəti və məhkəmə vəzifəliləri Əsədinin azad olunması üçün mülk sənədi qoyuluşunun mümkün olduğunu deyiblər.

Lakin  tələb olunan sənədin dəyəri yüksək təyin edildiyindən indiyədək onu təmin etmək mümkün olmayıb. Aktivistin ailəsi bu səbəbdən qohumlara, onun dostlarına və digər azərbaycanlı aktivistlərə müraciət edərək, onlardan maddi köməkmistəyiblər.

Xatırladaq ki, Güney Azərbaycan haqları üzrə mədəni aktivist mühəndis Vədud Əsədi Gilan Əyaləti Rəşt şəhəri sakinidir.

Related Articles

Bir cavab yazın

Back to top button