Azərbaycan

Hikmət Hacıyev: “Bütün dünyanı Ermənistanın şərəfsiz əməllərini pisləməyə çağırırıq”

Ermənistan yalvarışlar edərək humanitar əsaslarla atəşkəs istədi. Lakin daha sonra insanlıq əleyhinə olan bu cinayəti törətdi. Humanitar atəşkəsin ardından “Toçka U” raket sistemindən istifadə edərək insanların sıx yaşadığı Gəncə şəhərini atəşə tutub.

Bunları Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Gəncədə jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, hadisə nəticəsində 9 nəfər mülki şəxs həlak olub: “30-dan artıq mülki şəxs ağır yaralanıb. Ermənistanın törətdiyi bu genosid aktı Xocalı hadisələrindən başlayır. Biz bütün dünya ictimaiyyətini Ermənistanın bu çirkin, mənəviyyatsız, şərəfsiz əməllərini pisləməyə çağırırıq”.

Qeyd edək ki, H.Hacıyev və Baş prokuror Kamran Əliyev gecə saatlarında Ermənistan tərəfindən raket atəşinə məruz qalan Gəncəyə gediblər. Hadisə yerində olan jurnalistlərin verdikləri məlumata görə, onlar Ermənistan tərəfindən törədilmiş hadisənin detalları ilə tanış olurlar.

Related Articles

Bir cavab yazın

Back to top button