İran

İranda nəft-qaz sənayesində çalışan fəhlələr yenidən etirazlara əl atıblar

İranın paytaxt Tehran və güney şəhərlərinin nəft-qaz sənayesində işləyən fəhlələr etiraz mitinqlərinin yeni mərhələsini başladıblar.
Bununla da, onlar ölkənin hər tərəfində “etiraz-1400” adı altında işçilərin aylıqlarının ödənilməs üçün başlatdıqları kəmpeynə qoşulublar.
“Öz haqqımızdan keçməyəcəyik” şüarları səsləndirən fəhlələr ağır dolanışıq səviyyəsinə, aşağı aylıq və iş əmniyətinin olmamasına etiraz ediblər.
Qeyd edək ki, son bir neçə ildə İranda işçilər ilə fəhlələr davamlı olaraq etiraz mitinqləri keçirirlər. Onların əsas istəyi ağır yaşayış şəraitini yaxşılaşdırmaq, aylıqların artırılması, gecikmiş hüquqların ödənilməsi, iş yerlərində iş əmniyyətinin yaranması eləcə də bu kimi məsələlərdir. Mitinqlərin geniş yayılmasının əsas səbəbləri İranın ağır iqtisadi duruma düşməsi və bütün alanlarda qiymətlərin qat-qat bahalaşmasıdır.

Related Articles

Bir cavab yazın

Back to top button