İran

Şərqi Azərbaycan vilayətinin valisi Seyid Əhməd Hüseyni ilə görüşüb

Şərqi Azərbaycan ustandarı Məhəmmədrza Purməhəmmədi İranın Naxçıvandakı baş konsulu Seyid Əhməd Hüseyni ilə görüşüb. Tərəflər fərhəng və siyasi münasibətlərdə qarşılıqlı münasibətlərin önəmindən danışıblar.
Şərqi Azərbaycan ustandarı Məhəmmədrza Purməhəmmədi Dağlıq Qarabağ münaqişəsinin həllindən sonra İranla Azərbaycan arasında əlverişli əməkdaşlıq alanlarının yaranmasına təkid edib. O bildirib ki, qonşu ölkələrlə ilgilərin genişləndirilməsi uluslararası münasibətlərdə əsas hədəfə çevrilib. Şərqi Azərbaycan ustandarı İranla Azərbaycan arasında dəmir yolu xətlərinin genişləndirilməsinin önəminə də işarə edib.
“Naxçıvan dəmir yolu xəttinin istifadəyə verilməsi həm malların daşınmasını, həm də ustanın dəmir yolu dalanından çıxmasını asanlaşdırmaq üçün çox vacibdir. Buna nail olmaq üçün əməkdaşlıq etməyə hazırıq”, – deyə Məhəmmədrza Purməhəmmədi vurğulayıb.

Related Articles

Bir cavab yazın

Back to top button