Dünyaİran

Iran rejimi prezident səviyyəsində Ermənistana görə Azərbaycanı hədələyir

İranın fars-molla rejimi açıq şəkildə prezident səviyyəsində Ermənistana görə Azərbaycanı hədələyir.

Xameneidən sonra dünən molla rejiminin prezidenti İbrahim Rəisi “Tvitter” səhifəsidə Azərbaycan Prezidentinə qarşı hədə dolu post paylaşıb:

Rəsinin paylaşdığı postub başlığında yazılıb: “Rəisinin İlham Əliyevə sarı kart göstərməsi və İran-Ermənistan geosiyasi sərhədi ilə bağlı ciddi xəbərdarlığı

Regionun tarixi, geosiyasi sərhədləri və İran-Ermənistan tranzit yolunda hər hansı dəyişiklik tərəfimizdən qəbul edilməz və dözülməzdir”.

Eyni zamnada İranın əsas qüvvəsi olan terror təşkilatı Sepah da artıq Azərbaycana qarşı təyyarələr göyə qaldırdığını yazıb.

Terrorçu Sepah-a bağlı “Kanale-Sepahe-pasdaran” adlı “Telegram” kanalı  Azərbaycanı işğalçı adlandırıb və təhdid edərək yazır: “Bir neçə dəqiqə öncə İran İslam Respublikasının Hərbi Hava qüvvələrinə məxsus bir neçə döyüş təyyarəsi Bakının işğalında olan ərazilər və İranın sərhəd xətlərində patrul xidməti həyata keçirib. Bu, Bakının işğalçı rejiminə xəbərdarlıqdır, siyasətinizi düzəltmək üçün sizə vaxt veririk, amma İran xalqına qarşı düşmənçilik siyasətinizi davam etdirsəniz, görüşümüz Bakıda və mühakimə masasında olacaq”.

Qeyd edək ki, Azərbaycan öz ərazilərini Ermənistanın işğalından azad etdikdə\n sonra İran daha açıq müstəvidə Azərbaycana qarşı hücuma keçib.

Related Articles

Bir cavab yazın

Back to top button