İran

İran bankından qadınlara xəbərdarlıq: Dikdaban ayaqqabı geyinmək və kosmetikadan istifadə etmək qadağandır

İran hökumətinin "hicaba riayət etməmək" adı altında ölkədə qadınlara qarşı basqılarını sərtləşdirməsinin davamı olaraq, Millət Bankı təlimat hazırlayaraq xanımların dikdaban ayaqqabı və nazik corab geyinməsini, qeyri-adi zinət əşyaları taxmasını, habelə kişi müdirlərin qadın katiblərdən istifadə etməsini qadağan edib.

İyulun 5-də “Dideban-e İran” xəbər ajansının dərc etdiyi həmin xəbərdarlıq məktubuna görə, dövlət idarələrində çalışan xanımlar baş yaylığından əlavə, sinələrini və saçlarını tam şəkildə örtəcək örpəklərdən də istifadə etməlidirlər.

Qeyd edək ki, son günlərdə sosial mediada İranın bir çox şəhərlərində əxlaq polisi və könüllü “Bəsic” qüvvələrinin xanımlara guya hicaba düzgün riayət etməmələri ilə bağlı müdaxilələr etməsinə və İran qadınlarının onlara sərt reaksiya verməsinə dair videolar yayılıb.

Related Articles

Bir cavab yazın

Back to top button