İran

Amerikanın Maliyyə Nazirliyi İran nefti ilə əlaqəli 2 şəxs, 2 gəmi və 13 şirkəti boykot edib

Amerikanın Maliyyə Nazirliyi 2 iranlı şəxsin, 2 gəminin və İranda yerləşən 13 şirkətin, habelə İranın neft və neft-kimya məhsullarının satış şəbəkəsi ilə əlaqəsi olan bir neçə digər ölkəni sanksiyalar siyahısına əlavə edib.

Amerika hökumətinin sanksiyalar siyahısına əlavə etdiyi sözügedən şəxs, gəmi və şirkətlər İran, Birləşmiş Ərəb Əmirlikləri, Honq-Konq, Vyetnam və Sinqapurda yerləşir.

Məlumata görə, İranın həmin neft və neft-kimya məhsullarının böyük bir qismi ən son olaraq Çinə satılıb.

İranda fəaliyyət göstərən “Zagros Tarabaran Aria” Neft Şirkəti və “Rashin Okyanus Sharg” Gəmiçilik Şirkəti də yeni boykot olunan şirkətlər arasındadır.

Related Articles

Bir cavab yazın

Back to top button